31 Mart 2020, Çərşənbə axşamı

Muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadənin tənzimlənməsi, flora və fauna ehtiyatlarının qorunması, ətraf mühit komponentlərinə təsirlərin azaldılması və nəzarətdə saxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yanvar ayında da tədbirlər davam etdirilmişdir. Ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi hallarına qarşı mübarizə aparılması məqsədilə 12 yoxlama-reyd keçirilmiş, 5 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbirlər görülmüşdür.

Bu məqsədlə Şahbuz rayonunun Kükü, Ordubad rayonunun Unus kəndlərində əhali arasında ekoloji-hüquqi maarifləndirmə tədbirləri keçirilmiş, ətraf mühitin mühafizəsi, brakonyerlik hallarına qarşı mübarizə, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları müzakirə olunmuşdur. Həmçinin Şərur, Babək və Kəngərli rayonlarında heyvandarlığın inkişaf etdirilməsi, məhsuldarlığın artırılması və yay-qış otlaqlarından səmərəli istifadə qaydaları haqqında heyvandarlar və təsərrüfat sahibləri ilə söhbətlər aparılmışdır.
Ötən ay Şərur, Şahbuz, Culfa, Ordubad və Kəngərli rayonlarının yaşayış məntəqələri ərazilərində monitorinqlər təşkil edilmiş, məişət, tibbi və bərk tullantıların idarə olunması kimi fəaliyyət sahələrində qiymətləndirmə işləri həyata keçirilmişdir. Sədərək rayonu ərazisindən keçən Şir arxından su nümunələri götürülərək analizlər aparılmışdır.
Hesabat ayında yeni salınmış meyvə və üzüm bağlarına, tinglik sahələrinə baxış keçirilmiş, həmin ərazilərin gəmirici ziyanvericilərin təsirindən qorunması, fauna ehtiyatlarının qaba yem və daşduza olan tələbatının ödənilməsi üçün biotexniki tədbirlər aparılmışdır. Ərazilərə, ümumilikdə, 1450 kiloqram daşduz, 120 kip qaba yem və 2300 kiloqramdan çox meyvə-tərəvəz qalığı dağıdılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR