04 Aprel 2020, Şənbə

“TikTok” platforması son aylar ərzində inanılmaz dərəcədə məşhurlaşıb, lakin təhlükəsizliklə bağlı problemlər ondan da yan keçməyib. Belə ki, tətbiqdə çoxsaylı boşluqlar aşkar edilib. “Cinayətkar” “qurban”ın hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir.

Qeyd edək ki, “TikTok” istifadəçilərinin sayı bütün dünyada milyardı keçir – tətbiq milyard dəfə Android və İphone cihazlarına yüklənilib. Mövcud boşluqlara görə proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi və təhlükəsizliyi təhlükə altındadır. Aşkar olunan boşluqlardan biri “TikTok”un SMS imkanlarına təsir etməsidir. Məsələn, servis istifadəçilərə özlərinə tətbiqin yüklənməsi üçün keçidlə mesaj göndərməsi imkanı yaradır, “cinayətkar” isə bunu öz məqsədləri üçün istifadə edə bilər. Belə hücumun uğurlu olması üçün “cinayətkar” “qurban”ın telefon nömrəsini bilməlidir. Bu zaman hücum edən boşluqdan istifadə edəndə özünü ələ verməyəcək. Nəticədə, “cinayətkar” mesajdakı keçidi ziyanverici link ilə əvəz edərək onu redaktə edə bilər. Belə SMS alan “qurban” hücumdan şübhələnmədiyi üçün keçidə daxil olacaq, nəticədə, qurğuya ziyanverici proqram quraşdırılacaq.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bu platformadan istifadə edənləri “TikTok” platformasında boşluqların olması və bundan yararlanan xakerlərin özəl məlumatları əlinə keçirə biləcəyi ilə bağlı xəbərdar edir və daha diqqətli olmağa çağırır.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR