04 Aprel 2020, Şənbə

6-9 fevral tarixlərində Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Qış məktəbi” təşkil olunmuşdur. Proqrama uyğun olaraq gənclər əvvəlcə Ağbulaq İstirahət Mərkəzi ilə tanış olmuş, stolüstü idman oyunları oynamış, “Vətəni tanı”, “Axtar tap”, “Xəmsə” intellektual oyunlarında öz bilik və bacarıqlarını sınamış, günün sonunda isə vətənpərvərlik mövzusunda filmlər və gənclər tərəfindən hazırlanmış kompozisiyalar nümayiş olunmuşdur.

Həmçinin Şahbuz rayonunun “Batabat” instrumental ansamblının konsert pro­qramı təşkil olunmuş, Ağbulaq kəndi ərazisində çəkilmiş fotoşəkillərin müsabiqəsi keçirilmiş və gənclər tərəfindən müxtəlif əyləncəli oyunlar, səhnəciklər təşkil edilmişdir. Gənclər “Gənclərdə büdcə savadlılığı” mövzusunda seminarda və “Özgüvənin həyatımızda rolu” mövzusunda fərdi inkişaf təlimində də iştirak etmişlər. “Qış məktəbi” zamanı keçirilən intellektual oyunlarda, fotomüsabiqədə qalib olan, fəallıq göstərənlər Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə mükafatlandırılmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qış məktəbi”ndə 60 nəfər gənc iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR