09 Aprel 2020, Cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2020-ci il 6 fevral tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan növbəti addımdır. Həmin sərəncama əsasən əmək pensiyalarının sığorta hissəsi 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 16,6 faiz artırılacaqdır.

Artımlar muxtar respublika üzrə 48 mindən artıq əmək pensiyaçısına şamil ediləcəkdir. Sərəncamın icrası məqsədilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi, onun şəhər və rayon şöbələri tərəfindən müəyyən işlər görülür.
Muxtar respublikada indeksləşmə qısa müddət ərzində yekunlaşdırılaraq bütün növ əmək pensiyaları ürzə hesablanmış artımlar yanvar ayının artımları da daxil olmaqla 2020-ci il fevral ayının pensiya ödənişində əmək pensiyaçılarına ödəniləcəkdir. Həmçinin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muxtar respublika üzrə fərdi uçot sistemində qeydiyyatda olan sığorta­olunanların fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR