18 Yanvar 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində çöl heyvanlarının kompleks məskunlaşdığı ərazilərdə və miqrasiya dəhlizlərində biotexniki tədbir keçiriblər.

Ekoloqlar qoruğun ərazisindəki Zərnətün çayı boyunca dağ yamaclarına qaba yem səpib, daş duz qoyublar.

Ekoloqlar bildirirlər ki, dağlıq ərazilərdə qar örtüyünün çox olmasını nəzərə alaraq əvvəlcədən tədarük olunan quru ot və daş duz çöl heyvanlarının qidalanmasını xeyli asanlaşdırır, xəstəliklərə qarşı dözümlüyünü artırır, onların duza olan tələbatı ödənir.

Məhəmməd Fərəcov

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR