26 Yanvar 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamına əsasən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrasına uyğun olaraq hərbi xidmətdən tərxis edilmiş şəxslərin də məşğulluqlarının təmin olunması diqqət mərkəzində saxlanılır.

Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə xidmətin Naxçıvan Şəhər İdarəsində Naxçıvan şəhərindən olan gənclərlə görüş keçirilib. Tədbirdə hərbi xidmətdən yeni tərxis olunmuş gənc­lərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnmək üçün peşə hazırlığı kurslarına cəlb olunması, onların əmək bazarına inteqrasiyası və rəqabət qabiliyyətinin artırılması, sosial rifah halının yaxşılaşdırılması, haqqıödənilən ictimai işlərə cəlb olunmaları və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.
Həmçinin tədbirdə məlumat guşəsi yaradılıb. Gənclərin vakant iş yerlərinə, peşə hazır­lığı kurslarına, haqqıödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyat aparılıb. Mövzu ətrafında gənc­ləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR