30 Mart 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən nazir, general-leytenant Şamı Abdullayev qeyd edib ki, cari ildə nazirliyin maddi-texniki bazası gücləndirilib, Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının və texniki qarajının tikintisinin birinci mərhələsi başa çatdırılıb.

Cari ildə mülki müdafiə işinin təşkili ilə bağlı 319 obyektdə yoxlama aparılıb, 3250 nəfər mülki müdafiəyə və fövqəladə hallara hazırlanıb, 480 obyektdə 12 min 674 nəfərin iştirаkı ilə mааrifləndirici tədbir, 212 məktəbin dərs hissə müdiri və hərbi rəhbəri ilə tədris-metodik toplantı keçirilib.
Bildirilib ki, muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə yoxlamalar aparılıb, 488 obyektdə maarifləndirici tədbirlər təşkil edilib. Fərdi yaşayış evlərində reydlər keçirilərək qeyri-standart 108 elektrik, 189 şlanqla çəkilmiş qaz xəttinin və 98 qazla işləyən nasaz su qızdırıcının istismarı dayandırılıb. Digər obyektlərdə aşkar edilmiş qaz sızmaları isə aradan qaldırılıb.
Ot-taxıl biçini dövründə 139 kombayn, 11 un dəyirmanı və 2 yem anbarı yanğına qarşı yoxlanılıb, intensiv biçin aparılan sahələrdə yanğından mühafizə bölmələrinin patrul xidməti təşkil olunub.
Nazir qeyd edib ki, 2019-2020-ci illərin payız-qış mövsümünə hazır­lıqla bağlı qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində 758 ­qazanxananın texniki və yanğın təhlükəsizliyi vəziyyəti yoxlanılıb, 314 nəfər mövsümi işçi ocaqçı-maşinist kurslarına cəlb olunub. 90 ticarət, 75 ictimai iaşə və təsərrüfat obyektinə baxış keçirilib. Baş Dövlət Sığorta Agentliyi ilə birgə 905 obyektin yanğından icbari sığortalanması ­təmin edilib.
Hesabat dövründə 91 tikinti obyektində yoxlama-nəzarət funksiyaları həyata keçirilib, 45 tikinti obyektinin ərazisindən qrunt nümunələri götürülərək sınağı aparılıb. 54 obyektin işçi və layihə sənədləri ekspertizadan keçirilib, tikinti-quraşdırma işlərini aparan 1 obyektə lisenziya verilib, tikintisi başa çatdırılmış 47 obyektin istismara ­hazırlığı yoxlanılıb, laboratoriya şəraitində tikinti materiallarının 159 sayda nümunəsi sınaqdan keçirilib.
Çıxışda vurğulanıb ki, cari ildə fövqəladə hallarda fəaliyyəti zəruri olan müəssisə və təşkilatların fövqəladə hallara hazırlığı yoxlanılıb, aşkar edilən çatışmazlıqlar aradan qaldırılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR