03 İyul 2020, Cümə

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və Azərbaycan Mikro­maliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təlimlərdə maraqlı biznes planları ilə fərqlənən Culfa, Ordubad, Babək rayon qadınlarına sərmayə kapitalının verilməsi ilə əlaqədar Culfa rayonunda tədbir keçirilib.
Əvvəlcə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadə tədbirin mahiyyəti barədə geniş məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova diqqətə çatdırıb ki, cari il ərzində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi də muxtar respublikada qadınlara göstərilən qayğının bariz nümunəsidir. Layihədə 34-ü sağlamlıq imkanları məhdud olmaqla, 319 qadın iştirak edib.
Layihə çərçivəsində “Gələcəyini planlaşdır” və “Öz biznesinə başla və onu inkişaf etdir” adlı 12 təlim keçirilib. Təlimlərdə öz biznes planı ilə fəqlənən 63 qadına sərmayə kapitalı verilib, Culfa, Ordubad və Babək rayonlarından olan, öz biznes ideyaları ilə seçilən 19 qadına müvafiq müqavilələr və aktivlər paylanılıb. Sərmayə kapitalının 80 faizi qadınlara ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 20 faizi isə toxuculuq, dərzilik, bərbərlik sahəsi ilə məşğul olmaları və ya inkişaf etdirmələri üçün verilib.
Tədbirdə qadınlara, ümumilikdə, 18 baş xırdabuynuzlu, 10 baş iribuynuzlu heyvan, 2 tikiş maşını, 2 hana və digər avadanlıqlar verilib.
Ramilə Seyidova qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək qadınlarla assosiasiya arasında imzalanan müqavilələr haqqında ətraflı məlumat verib.
Layihə iştirakçısı Çiçək Bayramova onlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Tədbirdə sərmayə kapitalı verilən qadınlara müqavilələr təqdim edilib, sərmayə kapitalının dəyərində alınmış aktivlərə yerində baxış olub.
Qeyd edək ki, layihə çərçivəsində qadınlara, ümumilikdə, 43 min 700 manat dəyərində sərmayə kapitalı verilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR