09 Dekabr 2019, Bazar ertəsi

Muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadənin tənzimlənməsi, flora və fauna ehtiyatlarının qorunması, ətraf mühit komponent­lərinə təsirlərin azaldılması və nəzarətdə saxlanılması məqsədilə ok­tyabr ayında da tədbirlər davam etdirilmişdir. Ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi hallarına qarşı mübarizə aparılması məqsədilə 11 yoxlama-reyd keçirilmiş, 2 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbirlər görülmüşdür. Şahbuz rayonunun Kolanı, Ordubad rayonunun Sabir Dizə kəndində ekoloji hüquqi maarifləndirmə tədbirləri keçirilmiş, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsi yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları haqqında müzakirələr aparılmışdır.

Ötən ay Naxçıvan şəhəri, Kəngərli, Şahbuz, Culfa və Şərur rayonlarının 20-dən çox yaşayış məntəqəsi ərazisindəki mövcud sututarlarda monitorinqlər, Araz və Arpaçayın muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayon ərazisindən keçən “Şir arxından” su nümunələri götürülərək analizlər aparılmışdır. Həmçinin yeni toxmacarlıq sahələrinin yaradılması üçün nəzərdə tutulmuş təpəliklərdə, orta dağlıq və dağlıq ərazilərdə toxumla əkin işləri davam etdirilmiş, 30 hektardan artıq sahədə həmərsin, ardıc, yemişan, badamça toxumları əkilmişdir. Toxum tədarükü məqsədilə 3 min kiloqramdan çox ərik, alma, alça, badam, cəviz toxumu yığılaraq anbarlaşdırılmışdır. Xüsusi mühafizə olunan təbiət ərazilərindən qoruq, milli park və yasaqlıqlarda mühafizə tədbirlərinə diqqət artırılmış, muzey eksponatları zənginləşdirilmişdir.
Bitki və heyvanat aləminin qış aylarında qorunması üçün tədbirlər görül­müş, heyvanların qaba yemə olan tələbatının qismən ödənilməsi məqsədilə 1000 kipdən artıq qaba yem, 1700 kiloqram daşduz tədarük edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR