10 Dekabr 2019, Çərşənbə axşamı

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və məsafədən təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait ­yaradıb.

Dövlət proqramının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Rabitə və Yeni Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə bu günlərdə daha bir sağlamlıq imkanları məhdud uşaq distant tədrisə cəlb edilib. Aysu Əliyeva, eyni zamanda zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. Aysunun valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audiokitabxananın fəal dinləyiciləri ilə də görüş keçirilib. Tədbirdə 6 nəfər görmə məhdudiyyətli fəal dinləyiciyə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, mərkəzin “258” nömrəli telefon xətti 24 saat ərzində görmə məhdudiyyəti olan şəxslərin xidmətindədir. Dinləyicilər ev telefon nömrələrini qeydiyyatdan keçirdikdən sonra “258” nömrəli xidmət xəttinə zəng etməklə audiokitabları dinləyə bilərlər. Hazırda Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxanaların zənginləşdirilməsi istiqamətində də işlər davam etdirilir. Dünya və Azərbaycan ədəbiyyatının maraqlı nümunələrindən əlavə, Naxçıvan Dövlət Televiziyasının hazırladığı sənədli filmlər də səsləndirilərək müvafiq kataloqlara əlavə edilir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR