19 Noyabr 2019, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına uyğun olaraq gənclər tərəfindən “İdeyadan başlanğıca” devizi altında hazırlanmış layihələrin (startapların) dəyərləndirilməsi, həmçinin muxtar respublikada könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin, sosial könüllülüyə gənclərin təşviqinin və sosial məsuliyyət hissinin artırılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənc­lər Fondunun birgə təşkilatçılığı ilə növbəti tədbir keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev “İdeyadan başlanğıca” layihəsi çərçivəsində görüləcək işlər haqqında məlumat verib. Nazir qeyd edib ki, “Sosial Könüllülük Akademiyası”nı uğurla başa vuran gənclər bundan sonra da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq tədbirlərinə könüllü kimi cəlb olunacaqlar. Nicat Babayev layihəyə yeni cəlb edilən könüllülərə uğurlar arzulayıb.
Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev sosial könüllülük layihəsinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, könüllülük fəaliyyəti sosial sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunması imkanlarının artırılmasından ibarətdir.
Gənclər adından çıxış edən Səma Muradova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Daha sonra sosial könüllülərin ötən dövr ərzində fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib, layihəni uğurla başa vuran məzunlara diplomlar təqdim ­olunub.
Tədbirin növbəti hissəsində gənclər tərəfindən “İdeyadan başlanğıca” devizi altında hazırlanmış layihələrin təqdimatı keçirilib, fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR