15 Noyabr 2019, Cümə

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və məsafədən təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradıb.
Dövlət proqramının icrası ilə əlaqədar həyata keçirilən tədbirlərin davamı olaraq, dünən Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya tərəfindən maarifləndirici görüş keçirilib. Tədbirdə Şərur rayonunda yerləşən ümumtəhsil məktəblərində tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər. Məktəblərdə psixoloji xidmətin təşkili, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin səviyyəsi ilə bağlı psixoloqlar tərəfindən hazırlanan fərdi proqramlar haqqında söhbətlər aparılıb, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR