10 Dekabr 2019, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Dövlət Nəqliyyat Xidmətinə verilmiş tapşırıqların icrası ilə bağlı bir sıra işlər görülür, payız-qış mövsümünü uğurla başa vurmaq üçün hazırlıq tədbirləri həyata keçirilir. Xidmət tərəfindən nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətinin təmin edilməsi, xəttə çıxacaq nəqliyyat vasitələrinin sazlığının yoxlanılması, eləcə də payız-qış mövsümünün uğurla başa vurulması üçün sentyabr ayının 20-dən etibarən muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki müayinədən keçirilməsinə başlanılıb.

İlk olaraq muxtar respublikanın ucqar dağ və sərhəd kəndlərinə işləyən avtobusların texniki müayinəsi həyata keçirilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün sürücülərə lazımi köməklik göstərilib. Oktyabr ayının sonunadək muxtar respublika daxilində 131 marşrut xətti üzrə fəaliyyət göstərən 313 avtobusun hamısı texniki müayinədən keçiriləcək. Texniki müayinə zamanı avtonəqliyyat vasitələrinin tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, ön şüşənin silgəcləri və şüşəyuyanları, təkərlər və şinlər, mühərrik, yanğın­söndürmə balonu, tibb çantası, qəza üçbucağı və konstruksiyanın digər ünsürləri yoxlanılır.
Rayondaxili marşrutların texniki müayinəsi isə müvafiq avtovağzallarda həyata keçiriləcək. Görülən tədbirlər çərçivəsində avtovağzallarda istilik sistemlərinin işə salınaraq işlək vəziyyətə gətirilməsi və çatışmazlıqların aradan qaldırılması da nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, sərnişindaşıma xidməti göstərən taksi minik avtomobillərinin texniki müayinəsinə isə oktyabr ayında başlanılacaq.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR