21 Sentyabr 2019, Şənbə

Dünən Şahbuz Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev açaraq sığorta fəaliyyətinin əhəmiyyətindən danışıb.

Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək qeyd edib ki, sığorta müxtəlif gözlənilməz hadisələr nəticəsində dəymiş maddi zərərlərin əvəzinin ödənilməsinə xidmət edir. O bildirib ki, vətəndaşlar vaxtında öz daşınmaz əmlakını, avtonəqliyyat vasitələrini, mülki məsuliyyətini icbari qaydada sığortalamaqla baş verən gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərin ödənilməsinə təminat alırlar.

Qeyd olunub ki, ötən müddətdə Şahbuz rayonunda da bu istiqamətdə müəyyən işlər görülüb. Belə ki, rayon üzrə cari ilin ilk 7 ayı ərzində, ümumilikdə, 1631 ədəd sığorta müqaviləsi bağlanılıb. Onlardan 417-si avtonəqliyyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə, 713-ü daşınmaz əmlakın icbari sığortası, 501-i isə könüllü sığortalar üzrə bağlanılıb.

Diqqətə çatdırılıb ki, görülmüş işlərlə bərabər, bəzi icbari və könüllü sığorta növləri üzrə işlər günün tələbləri səviyyəsində aparılmayıb. Belə ki, rayonda hələ də bəzi icbari sığorta növləri üzrə sığorta olunmayan fiziki şəxslər vardır. Vurğulanıb ki, Dövlət Baş SığortaAgentliyi aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun olaraq icbari sığortaların həyata keçirilməsini təmin etməlidirlər.

Tədbirdə könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının xüsusi əhəmiyyəti olduğu qeyd olunub, çıxışlar dinlənilib.

Əli CABBAROV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR