21 Sentyabr 2019, Şənbə

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən səmərəli istifadənin tənzimlənməsi, flora və fauna ehtiyatlarının qorunması məqsədilə tədbirlər iyul ayında da davam etdirilmişdir. Ötən ay ətraf mühitin mühafizəsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı 5 yoxlama-reyd keçirilmiş, 3 inzibati xəta qeydə alınmış və qanuna­müvafiq tədbirlər görülmüşdür. Ay ərzində ekoloji monitorinqlər davam etdirilmiş, Naxçıvan şəhəri, Culfa, Ordubad, Babək, Şahbuz rayonlarının, ümumilikdə, 30-dan çox yaşayış məntəqəsi ərazisində monitorinqlər aparılmışdır.
İyul ayında havaların isti keçməsi ilə əlaqədar yeni əkilmiş və mövcud meşə ərazilərində suvarma işləri davam etdirilmiş, meşələrin yanğından mühafizəsi üçün profilaktik tədbirlər görülmüş, 1000 kiloqramdan çox ərik, alma, alça, gilənar və tut toxumu tədarük olunmuşdur. Muxtar respublika ərazisində mövcud faydalı qazıntılardan səmərəli istifadə və bu sahədə kəşfiyyat işlərinin aparılması davam etdirilmiş, Qarabağlar travertin yatağında təftiş xarakterli 220 metr axtarış quyuları qazılmışdır.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR