16 Oktyabr 2019, Çərşənbə

Hər il muxtar respublikada mənəvi birlik rəmzi olan Aşura mərasiminin keçirilməsi həm də dini dəyərlərin yaşadılması və təbliğinin tərkib hissəsidir. Bu il də Naxçıvan şəhərində, o cümlədən muxtar respublikamızın rayonlarında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib.
Mərasimlərdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib. Naxçıvan şəhərinin Sarvanlar, Came, Pirqəmiş məscidlərində təşkil olunan mərasimlərdə iştirak edən vətəndaşlar könüllü şəkildə qan veriblər. Həkim briqadaları əvvəlcə müayinələr aparıb, sonra müvafiq qan qruplarına uyğun qan götürülüb. Qanvermə aksiyaları Şərur rayonunda 4, Babək rayonunda 5, Culfa rayonunda 2, Kəngərli rayonunda 3 məscid və kənd həkim ambulatoriyasında, Ordubad, Şahbuz və Sədərək Rayon Mərkəzi xəstəxanalarında da həyata keçirilib. Dindarlar sivil qaydada, könüllü olaraq qan veriblər. Bir neçə saat davam edən aksiyada donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək birli və ikili torbalarda Qan Bankına təhvil verilib. Beləliklə, xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq Qan Bankında saxlanılacaqdır. Tədarük olunan qan və qandan hazırlanmış preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin operativ əməliyyatlarda qana ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunacaq.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR