19 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Məktəblilərin yay tətilini səmərəli keçirmələri, milli-mənəvi dəyərlərimizin təbliği, onlarda vətənpərvərlik ruhunun formalaşması üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də məktəblilərin milli mədəniyyət nümunələrimizin qorunduğu muzeylərə ekskursiyalarının təşkilidir. Bu çərçivədə Naxçıvan şəhər ümumtəhsil məktəbləri şagirdlərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvlərinin Heydər Əliyev Muzeyinə ekskursiyaları təşkil olunub.
Muzeydə məktəblilərə ümummilli lider Heydər Əliyevin ömür yolu və çoxşaxəli fəaliyyətindən, Vətən və xalq qarşısında əvəzsiz xidmətlərindən ətraflı bəhs olunub. Onlar görkəmli dövlət xadiminin şəxsi arxivindən götürülən ayrı-ayrı dövrlərə aid fotolar, müxtəlif eksponatlarla tanış olublar. Ümummilli liderin uşaqlıq və gənclik illərinə həsr olunan stendlər, şəxsi əşyalar, sənəd və materiallar, eləcə də muzeyin kitabxanasında ulu öndərin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, videomateriallar şagirdlərin marağını cəlb edib.
Həmin gün məktəblilər Naxçıvan Dövlət Xalça və Ədəbiyyat muzeylərini də ziyarət ediblər. Mədəniyyət müəssisələrində şagirdləri maraqlandıran suallar cavablandırılıb, tariximiz və mədəni irsimiz haqqında onlara ətraflı məlumatlar ­verilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4459320
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2276
1580
2276
123361
4459320

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter