15 Oktyabr 2019, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında “Yay məktəbi” təşkil edilib.
Mərkəzin növbəti qonaqları Naxçıvan Müəllimlər İnstitutunun tələbələri olub. İstirahətin ilk günü olduqca maraqlı və əyləncəli keçib. Ağbulaq İstirahət Mərkəzi ilə tanış olan gənclər həmin gün futbol, voleybol, stolüstü oyunlar oynayıb, “Vətəni tanı” intellektual oyununda yarışıblar. Axşam yeməyindən sonra isə gənclərə şəhid Tural Haşımlının həyatından bəhs edən film nümayiş etdirilib.
“Yay məktəbi”nin ikinci gününə səhər gimnastikası ilə başlayan gənclər səhər yeməyindən sonra “Axtar, tap” intellektual oyunu ilə biliklərini sınayıblar. Günün ikinci yarısında isə gənclər üçün Şahbuz Rayon Mədəniyyət evinin “Batabat” instrumental ansamblı tərəfindən konsert proqramı təşkil edilib. Sonra gənclər Aprel döyüşlərinə həsr edilmiş filmə baxıblar.

Növbəti günlərdə gənclərin Ağbulaq kəndinə və “Şəfa bulağı”na gəzintisi təşkil olunub. Nahar yeməyindən sonra gənclərdə büdcə savadlılığı layihəsi çərçivəsində “Büdcə anlayışı və ailə büdcəsinin idarə olunması” təlimi keçirilib. Əvvəlcə Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov layihə barədə gənclərə ətraflı məlumat verib. Daha sonra Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən “Dövlət büdcəsini anlayaq” və “Ailə büdcəsinin tərtibi və onun tətbiqi” mövzularında təlim keçirilib. Təlimin sonunda mövzular ətrafında gənclər arasında intellektual oyun oynanılıb, sonda qalib olan komanda üzvlərinə və təlimdə fəal iştirak edən gənclərə sertifikatlar təqdim edilib. Günün ikinci yarısında gənclər üçün çay süfrəsi təşkil olunub, ardınca isə gənclər “Xəmsə” milli intellektual oyunu ilə öz biliklərini sınayıblar. Ümummilli lider Heydər Əliyevin ömür yolundan və siyasi fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” filminə baxıblar. Sonda gənclər tərəfindən hazırlanan əyləncəli səhnəciklər nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR