19 Sentyabr 2019, Cümə axşamı

Əlavə (təkrar) ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Naxçıvan Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə (təkrar) ali təhsil müvafiq ixtisas üzrə bakalavr (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. Şəxsin əlavə (təkrar) ali təhsil üzrə seçdiyi ixtisas onun tutduğu vəzifənin profilinə uyğun olmalıdır.

Əlavə (təkrar) ali təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim ­etməlidirlər:

- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun) və qiymət kitabçasından çıxarışın (diploma əlavə) notariusda təsdiq olunmuş surətləri;
- 3x4 santimetr ölçüdə 6 ədəd fotoşəkil;
- sağlamlıq haqqında arayış;
- əmək kitabçasından çıxarış;
- şəxsiyyət vəsiqəsinin surəti.

Şəxsiyyət vəsiqəsi və diplom şəxsən təqdim olunur.
Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Sənədlər 2019-cu il iyul ayının 10-dan iyul ayının 30-dək hər gün (istirahət günlərindən başqa) saat 1000-dan 1600-dək Naxçıvan Dövlət Universitetində qəbul edilir (Əsas bina 2-ci mərtəbə, 207 saylı otaq).
Əlavə (təkrar) ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müəyyən edilmiş qaydada müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə müvafiq əlavə (təkrar) ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər. Təhsil haqqı müqavilə əsasında müvafiq ixtisaslar üzrə uyğun qaydada ödənilir.

Ünvan : Naxçıvan şəhəri, Universitet şəhərciyi, əsas bina.
Telefon: 545-45-59
Azərbaycan Respublikasının Təhsil Nazirliyi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR