18 Oktyabr 2019, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya may ayında keçirilən imtahanlarda obyektivliyin və şəffaflığın tam təmin edilməsini, eləcə də qarşıda duran vəzifələrin icrasını diqqətdə saxlamışdır.
Komissiyanın Test mərkəzində 13-18 may tarixlərdə Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilmişdir. Test imtahanlarında iştirak etmək üçün 120 nəfər sənəd təqdim etmiş, onlardan 109-u test imtahanında iştirak etmiş və 85-i müvafiq keçid balını toplamışdır.

27-31 may tarixlərdə gömrük orqanlarında vakant olan vəzifələrin tutulması üçün test imtahanları keçirilmiş, iştirak edən 175 namizəddən 85-i müvafiq keçid balını toplamışdır. Komissiya tərəfindən müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün 4 nəfərin iştirakı ilə test imtahanları keçirilmişdir.
May ayında komissiya tərəfindən dövlət qulluğu, vergi, eləcə də müəllimlərin işə qəbulu üçün təşkil edilmiş hazırlıq kurslarında 164, sınaq imtahanlarında 117 nəfər iştirak etmişdir. Ötən ay “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçuları qarşısında duran vəzifələr” mövzusunda maarifləndirici seminar keçirilmişdir. Seminarda inzibati vəzifələrə təyin olunmuş 88 dövlət qulluqçusu iştirak etmişdir.
Ay ərzində ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılmış, ehtiyat kadrlar siyahısında olan 13 namizəddən 1-i vakant vəzifəyə təyin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR