26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasında yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi görülən ekoloji tədbirlərin nəticəsidir. Bu sahədə həyata keçirilən tədbirlər, mövcud problemlərin həlli istiqamətində görülən işlər davamlı xarakter alıb, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, çox sayda meyvə bağları, yaşıllıq zolaqları salınıb. Bu tədbirlər hesabına bu gün muxtar respublika ərazisinin 20 faizini meyvə bağları və yaşıllıq zolaqları təşkil edir.
Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir. Mayın 18-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Naxçıvan şəhərinin sakinləri Kəngərli rayonunun Çalxanqala kəndinə gedən yolun kənarlarında, Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı ərazidə ağacların diblərini alaq otlarından təmizləyib və suvarma işləri görülüb.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri Gümüşlü kəndində və müəssisə-təşkilatların iməci­lik ərazilərində analoji tədbirləri həyata keçiriblər.

İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Rayon sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışıb, Naxçıvan-Şahbuz magistral yolunun Vayxır və Xalxal kəndləri hissəsindəki yaşıl­lıqlarda ağacların diblərini alaq otlarından təmizləyib, ağartma və suvarma işləri görüblər.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilib, Əylis düzündəki 1 hektarlıq üzüm, 10 hektarlıq qızılgül və “Gənc­lər bağı”nda mövsüm üçün xarakterik olan aqrotexniki tədbirlər yerinə yetirilib.
Culfalılar müəssisə və təşkilatların iməcilik ərazilərinə aqrotexniki qulluq göstəriblər.
Kəngərli rayonunun sakinləri Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz kəndi hissəsində 300 həmişəyaşıl ağac əkib, Qıvraq­-Püsyan avtomobil yolunun kənarlarında qurumuş ağacları çıxararaq yerinə badam və ərik dənələri salıb, Yurdçu kəndindəki 1 hektarlıq ərazidə tütün əkini aparıblar.
Şahbuz rayonunun sakinləri müəssisə və təşkilatların iməcilik ərazilərində yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Sədərəklilər həmin tədbirləri Naxçıvan-Sədərək magistral yolunun sağ və sol hissələrində, Sədərək kəndindəki pirin ətrafında və dəyirmanın yaxınlığında həyata keçiriblər.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılıb.

Xəbərlər şöbəsi