27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq muxtar respublikamızda ailələrə göstərilən dövlət qayğısından danışıb.
Qeyd olunub ki, muxtar respublikamızda da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Bu sahədə mühüm işlər görülür, aparılan sosial siyasət ailələrin maddi və mənəvi tələbatlarının ödənilməsinə, həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu gün Naxçıvan Muxtar Respublikasında 97 mindən çox ailə yaşayır. Bütün kateqoriyalardan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, 15 may – Beynəlxalq Ailə Günü dünya ölkələrinin diqqətini ailələrin çoxsaylı problemlərinə yönəltmək məqsədilə təsis olunub və 25 ildir ki, bu gün qeyd edilir. Cəmiyyətin əsas institutlarından biri, həmçinin insanın sosiallaşması prosesində ilk pillə olan ailə ətraf dünya ilə birlikdə dəyişir və inkişaf edir. Eyni zamanda ailə özü də cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Analitiklər belə hesab edirlər ki, ailə həm də dövlətin əsas sabitlik və inkişaf faktorudur. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq ­demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.

Qeyd edilib ki, görkəmli dövlət xadiminin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir, milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək deyib: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
Vurğulanıb ki, bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət pro­qramlarında özünün uğurlu təsdiqini tapır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafına xüsusi təsir göstərir. Respublikamızda Ailə bayramının qeyd olunması da bu sahədə dövlət siyasətinin əyani təcəssümüdür. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənc­lərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə Naxçıvan Muxtar Respublikasında da dövlət ailə siyasəti uğurla həyata keçirilməkdədir. Artıq 10 ildir ki, Beynəlxalq Ailə Günü Naxçıvanda dövlət səviyyəsində qeyd olunur. Müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümü olan nümunəvi ailələr müəyyənləşdirilir, onlarla görüşlər keçirilir, hədiyyələr təqdim olunur, həyat təcrübələri televiziya və mətbuatda işıqlandırılır. Muxtar respublikamızda bütün kateqoriyadan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunur. Burada yaşayan aztəminatlı ailələr, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzillə təminatı diqqətdə saxlanılır, onların sosial müdafiəsi gücləndirilir. Gənc ailələrin mənzillə təminatı üçün əlverişli şərait yaradılır. Ailə­lərin sosial rifahının yaxşılaşdırılması üçün müavinətlər, ünvanlı sosial yardımlar təyin edilir. Hər il muxtar respublikamızda istifadəyə verilən onlarla təhsil, səhiyyə və mədəniyyət müəssisələri ailələrə nümunəvi tibbi xidmətin göstərilməsinə, gənclərin savadlı və dünya­görüşlü yetişməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edir. 2019-cu ilin Naxçıvanda “Ailə təsərrüfatları ili” elan edilməsi də ailələrin sosial rifahının yüksəldilməsinə yönələn dövlət ailə siyasətinin göstəricisidir. Bu gün Naxçıvan şəhərində Ali Məclis Sədrinin dəstəyi ilə yaradılan Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti də günün tələbləri səviyyəsində qurulur. Ailələrə dövlət dəstəyinin artırılması məqsədilə onlayn xidmətlərin reallaşdırılması istiqamətində muxtar respublika rəhbərinin tapşırıqlarına uyğun layihələr hazırlanır, tədbirlər müəyyənləşdirilir. Həyata keçirilən kompleks tədbirlər muxtar respublikamızda sağlam ailə mühiti və sağlam gələcək naminə görülən məqsədyönlü siyasətin bəhrələridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid Beynəlxalq Ailə Günü münasibətilə bütün ailələri təbrik edib, ailə dəyərlərimizin qorunmasında onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsi ailələrin gəlirlərinin artmasına, sosial vəziyyətlərinin yaxşılaşmasına xidmət edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” səmərəli məşğulluğa, işaxtaranların işlə təminatına və sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb. Bu günədək 185 aztəminatlı ailəyə bu məqsədlə müvafiq köməklik göstərilib.
Tədbirdə uzunömürlü, hərbçi, ailə təsərrüfatı ilə məşğul olan ­ailələrin üzvləri çıxış edərək muxtar respublikada ailələrin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlətimizə minnətdarlıqlarını ­bildiriblər.
Tədbirdə Beynəlxalq Ailə Günü münasibətilə ailələrə hədiyyələr təqdim olunub.
Sonra Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənc­lər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında keçirilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VI muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar. Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək qalibləri təbrik ediblər.
Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupunun, Naxçıvan şəhərindəki 11 və 3 nömrəli uşaq bağçaları fidanlarının və nümunəvi musiqiçi ailələrin üzvlərinin ifa və çıxışları alqışlarla qarşılanıb.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4021206
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1483
2657
1483
103588
4021206

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter