17 Avqust 2019, Şənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

22 aprel – Beynəlxalq Yer Kürəsi Günü münasibətilə Ağbulaq İstirahət Mərkəzinə gedən yolda və Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində təmizlik aksiyası keçirilib.
Gənclər ətraf ərazinin tullantılardan təmizlənməsində fəallıq göstərib, Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış quş yuvalarını ağaclara bərkidiblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənc­lər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 100 gənc iştirak edib. Sonda Ağbulaq İstirahət Mərkəzində gənclər üçün çay süfrəsi təşkil olunub.
Beynəlxalq Yer Kürəsi Gününə həsr olunan təmizlik aksiyası muxtar respublikanın rayonlarında da keçirilib. Belə ki, Şərur, Ordubad, Şahbuz və Sədərək rayonlarında gənclərin iştirakı ilə “Gənclər bağı”nda, Culfa rayonunda Gülüstan türbəsi ətrafında, Babək rayonunda Heydər Parkında, Kəngərli rayonundakı Qarabağlar türbəsi ətrafında da bu cür tədbirlər təşkil olunub. Ətraf ərazilərdə təmizlik işləri aparılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarma və budama işləri görülüb.

Ümumilikdə, muxtar respublikanın rayonlarında keçirilən aksiyalarda 250 nəfərə yaxın gənc iştirak edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında əlverişli ekoloji mühitin yaradılması məqsədilə ardıcıl tədbirlər görülüb, dövlət proqramları qəbul edilib. Ötən dövrdə bu sahədə həyata keçirilən tədbirlər beynəlxalq ekoloji təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir.
Bu gün muxtar respublika ərazisində təbii iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. İməciliklərin keçirilməsi, təbiətin, yaşıllıqların qorunması və bərpası işlərinə diqqətin artırılması nəticəsində muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqdır.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4454844
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11463
19453
66367
118885
4454844

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter