23 Aprel 2019, Çərşənbə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin ildən­-ilə genişləndirilməsi, yeni sənaye, tikinti, xidmət və emal sahələrinin yaradılması əmək bazarında peşə təhsilli kadrlara olan tələbatı da artırmışdır. Ona görə də muxtar respublikada peşə təhsilinin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, ən müasir maddi-texniki bazaya malik peşə məktəbləri inşa edilərək istifadəyə verilir, ixtisaslı kadr hazırlığının təmin olunması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Peşə təhsili hər bir ölkə üçün ali təhsil qədər əhəmiyyətlidir. Çünki iqtisadiyyatın bütün sahələrində ali təhsilli mütəxəssislərlə yanaşı, peşə ixtisası olan kadrlara da böyük tələbat vardır”.
Ötən dövrdə bu sahədə həyata keçirilən tədbirlər işaxtaran şəxslərin və gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların, həmçinin özəl sektorun ixtisaslı kadrlarla təminatına öz müsbət təsirini göstərib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 2009-cu il aprelin 7-də fəaliyyətə başlamış Naxçıvan Regional Peşə Tədris Mərkəzində müdavimlərin təhsili üçün lazımi şərait yaradılmışdır. Mərkəzdə kabinələr, emalatxanalar, istirahət və elektron lövhəli otaqlar fəaliyyət göstərir.

Kabinə və emalatxanalar əyani vəsaitlər, elektron lövhə otağı isə sürətli internet və tədris üçün videomateriallarla təmin edilib ki, bu da tədrisin keyfiyyətlə aparılmasında mühüm rol oynayır. Peşə hazırlığı kurslarının təşkili zamanı müəllim və müdavimlər kurslar üzrə müvafiq geyimlərlə də təmin olunurlar. Mərkəzdə 44 yerlik yataqxana, camaşırxana, yeməkxana, mətbəx, kitabxana fəaliyyət göstərir. Muxtar respublikanın rayonlarından gəlmiş müdavimlər qeydiyyata alınaraq gündə 3 dəfə pulsuz yeməklə təmin olunurlar. Naxçıvan Regional Peşə Tədris Mərkəzində tədris olunan kurslarda təhsil alan müdavimlərin istehsalat təcrübələri müvafiq olaraq istehsal sahələrində həyata keçirilir. Qeyd edək ki, bu günədək mərkəz tərəfindən təşkil edilən 243 peşə hazırlığı kursuna 3599 müdavim cəlb edilib.

Məşğulluğun təmin olunması ilə bağlı qəbul olunmuş Dövlət pro­qramlarının qarşıya qoyduğu vəzifələr daim diqqətdə saxlanılır. Həmçinin mərkəzdə muxtar respublikanın əmək bazarında tələbat yaranan və unudulmaqda olan peşələr üzrə kursların təşkilinə də xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi” haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq xalq tətbiqi və milli xalçaçılıq sənəti ənənələrinin inkişaf etdirilməsi üçün qalayçı, misgər və tənəkəçi, ağac üzərində oyma, toxucu, keçəçi və xalçaçı peşələri üzrə də kurslar təşkil edilib. Eyni zamanda ötən dövrdə kənd xidmət mərkəzlərinin kadr təminatı ilə bağlı verilmiş ­tapşırıqların icrasına uyğun olaraq dərzi sexləri, bərbərxana və qadın gözəllik salonlarında çalışmaq istəyən şəxslər də müəyyənləşdirilərək müvafiq peşələr üzrə kurslar təşkil olunub və kursu uğurla bitirmiş müdavimlər kənd xidmət mərkəzlərində müvafiq işlərə göndərilib. Xidmət sahələri üzrə bələdçi, ofisiant, lift mexaniki, fotoqraf, video­operator, aşpaz köməkçisi, çörəkçi kursları təşkil olunub, payız-qış mövsümünə hazır­lıqla bağlı verilmiş tapşırıqların icrasına uyğun olaraq qazanxana maşinisti, qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşə kurslarının təşkilinə xüsusi önəm verilib.
Muxtar respublikada sağlamlıq imkanları məhdud və hərbi xidmətdən yeni tərxis olunan şəxslərin peşə kurslarına cəlbi də diqqətdə saxlanılır. Həmçinin Naxçıvan Regional Peşə Tədris Mərkəzi tərəfindən də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət və milli tətbiqi sənət sahələri üzrə təşkil olunmuş kurslara 151 məhkum cəlb edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3885046
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2112
4106
6218
75437
3885046

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter