27 İyun 2019, Cümə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Ötən il dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması müxtəlif ailə təsərrüfatlarının yaradılması üçün yeni imkanlar yaradıb. Bununla əlaqədar ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonları üzrə, ümumilikdə, 21 aztəminatlı ailə müəyyənləşdirilərək özünüməşğulluq üzrə dövlət prroqramına cəlb edilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Daha sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.
Culfa rayon Yaycı kənd sakini Hüseyn Mustafayev və Sədərək rayon Qaraağac kənd sakini İlqar Qaybalıyev göstərilən qayğıya görə minnətdarlıqlarını bildirib, ailə təsərrüfatından səmərəli yararlanacaqlarını diqqətə çatdırıblar.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti