24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada nəqliyyatın inkişafı sahəsində görülən işlər əhalinin rahat hərəkətinin təmin olunmasının, eləcə də şəhər infrastrukturunun mühüm sahəsi sayılan sərnişindaşıma xidmətinin daha keyfiyyətli şəkildə təkmilləşdirilməsinin bir nümunəsidir. Bu gün sərnişindaşıma xidmətinin yüksək səviyyədə təmin olunmasını şərtləndirən amillərdən biri də avtomobil yollarının müasir tələblər səviyyəsində qurulması, yeni avtovağzalların tikilməsi, eləcə də nəqliyyat vasitələrinin yenilənməsidir. Bu sahədə görülmüş işlər hazırda muxtar respublikada sərnişin daşınmasının ən yüksək səviyyədə təşkilinə imkan verir.
Ötən dövrdə bu sahədə görülmüş işlər 2018-ci ildə də davam etdirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindən aldığımız məlumata görə, 2018-ci ilin iyul ayında idarəyə 5 “King Long” markalı, ümumilikdə, 42 yerlik iritutumlu avtobus alınıb. Qeyd olunan tarixdən etibarən sərnişindaşımaya cəlb edilib. Öyrəndik ki, beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyəti də diqqət mərkəzində saxlanılıb, Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında turların təşkil olunması üçün Türkiyənin “Babək Turizm” və “Ata-Tur Turizm” firmaları ilə danışıqlar aparılıb, sərnişindaşıma fəaliyyəti göstərilməsi üçün müqavilələr bağlanılıb. Təkcə cari ilin yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 1229, Bakıdan Naxçıvana isə 1003 sərnişin daşınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq sərnişinlərin vaxt itkisinin azaldılması məqsədilə 2019-cu ilin yanvar ayından Naxçıvan-Bakı-Naxçıvan marşrut xətti üzrə axşam reysləri də təşkil edilib. Həmçinin Naxçıvan-İqdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilib. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda işləyən avtobuslardan birinin hər gün Şərur və Culfa avtovağzallarından yola salınması, Şahbuz və Ordubad avtovağzallarında isə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutlarına bilet satışı davam etdirilməkdədir.
Bəs əhalinin daha çox hərəkət ehtiyacının artacağı bayram günlərində sərnişindaşıma xidməti necə təşkil olunacaq? Dövlət Nəqliyyat Xidmətindən aldığımız məlumata görə, Novruz bayramı ərəfəsində muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində keçiriləcək bayram tədbirləri ilə bağlı əhali sıxlığını nəzərə alaraq şəhərdaxili, eləcə də rayonlararası marşrutların sayı artırılacaq, ara məsafəsi dəqiqələri azaldılacaq. Bayram ayı ərzində sərnişin sıxlığı müşahidə olunarsa, onların rahatlığını təmin etmək məqsədilə Naxçıvan-Bakı-Naxçıvan və Naxçıvan-İqdır-Naxçıvan marşrut xətləri üzrə əlavə reyslər salınacaqdır.
Bayram günlərində dəmir yollarında da sərnişindaşıma xidməti yüksək səviyyədə təşkil olunacaq. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumata görə, ötən dövrdə görülmüş işlər muxtar respublikanın dəmir yollarında da sərnişinlərə lazımi xidmət göstərilməsinə imkan verir. Məlumatda qeyd olunur ki, bayram ərəfəsində sərnişinlərin rahat və təhlükəsiz daşınması məqsədilə yük-sərnişin qatarlarının fasiləsiz işi tam təmin olunacaq. Sərnişin sıxlığı müşahidə olunarsa, xəttə əlavə vaqonlar buraxılacaqdır.

 Pərviz HACILI

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014185
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3619
4800
21675
96567
4014185

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter