26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Babək rayonunun Nehrəm kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Məmmədova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qadınların sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması üçün nikahdan əvvəl tibbi müayinənin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, nikaha daxil olarkən tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir. Aparılan təhlillərə görə Babək rayonu üzrə 26 min 939 uşaq vardır ki, bu uşaqlardan da 371-i sağlamlıq imkanları məhdud uşaqdır. Bu da ümumi uşaqların 1,38 faizini təşkil edir. Muxtar respublika üzrə 1937 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqların da 19,1 faizi Babək rayonunun payına düşür.
“Qadınlarda virus hepatitlərinin fəsadları, bətn daxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792548
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
386
2548
2934
56865
3792548

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter