27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar kursunun uğurlu nəticələri, xüsusilə qeyri-neft iqtisadiyyatında ardıcıl artım tempinin özünü göstərməsi respublikamızın müasir standartlara cavab verən və vahid prinsiplər əsasında fəaliyyət göstərən sığorta-pensiya sisteminin inkişafı istiqamətində də növbəti irəliləyişlərin əldə olunması ilə müşahidə edilir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2019-cu il 19 fevral tarixdə imzalanmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilmiş və nəticədə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən artırılaraq 160 manat məbləğində müəyyən olunmuşdur.

Bu qanuna edilmiş dəyişikliklə əmək pensiyasının minimum məbləğindən aşağı məbləğdə əmək pensiyası alan bütün növ əmək pensiyaçılarının pensiyalarının məbləği 160 manata çatdırılacaqdır. Məlumat üçün bildirilir ki, ölkə başçısının təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılması nəticəsində muxtar respublika üzrə 4357 nəfər yaşa, 6560 nəfər əlilliyə, 413 nəfər ailə başçısını itirməyə görə, ümumilikdə, 11330 nəfər aşağı məbləğdə əmək pensiyası alan pensiyaçıların pensiyalarının məbləği 160 manata çatdırılacaqdır.
Pensiyanın minimum məbləğinin artımı 1 mart 2019-cu il tarixindən hesablanacaq və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən qanunvericiliyə uyğun plastik bankomat kartları və poçt şöbələri vasitəsilə pensiyaçılara pensiyalar artımla ödəniləcəkdir.
Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən cari ilin 10 ayı üzrə hər ay orta hesabla 267 min manat əlavə vəsait yönəldi­ləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4022242
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2519
2657
2519
104624
4022242

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter