24 Sentyabr 2020, Cümə axşamı

Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir, soyqırımı qurbanlarının xatirəsi yad edilir.
Bu məqsədlə keçirilən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin kinozalında “Dolu” filminin muxtar respublikada ilk dəfə olaraq eşitmə və danışma qabiliyyəti məhdud şəxslər üçün surdo-tərcümə vasitəsilə nümayişi təşkil olunub.
Qeyd edək ki, surdo-tərcümənin təşkil edilməsində əsas məqsəd proqramın mətninin jest dili əsasında eşitmə və danışma qabiliyyəti məhdud tamaşaçılara çatdırılmasından ibarətdir.

Naxçıvan Muxtar Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR