12 Avqust 2020, Çərşənbə

Bir qrup gəncin təşəbbüsünə əsasən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi yol hərəkətinin təhlükəsizliyi ilə bağlı aksiyaya 50-yə yaxın tələbə-gənc qatılıb. 

Aksiya başlanmazdan əvvəl Naxçıvan şəhərindəki Gənclər Mərkəzində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşı Fərid Seyidov və nazirliyin əməkdaşları son illərdə nail olunmuş ictimai-siyasi sabitliyin və əmin-amanlığın muxtar respublikamızda yüksək uğurlar qazanılmasına, insanların həyat şəraitinin xeyli yaxşılaşmasına müsbət təsirindən danışıblar.
Qeyd olunub ki, həyata keçirilən tədbirlər sırasında yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulması da xüsusi vurğulanmalıdır. Bunun ifadəsidir ki, paytaxt şəhərimiz Naxçıvandan muxtar respublikamızın bütün rayon mərkəzlərinə, kənd yaşayış məntəqələrinə müasir tələblərə cavab verən yollar çəkilib, hazırda Culfa-Ordubad magistral yolu yenidən qurulur. Belə tədbirlər avtomobillərin, sərnişin və piyadaların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Vurğulanıb ki, muxtar respublikamızda şəxsi avtomobillərin sayının gündən-günə artması avtomobil yollarında hərəkətin təhlükəsizliyinə ciddi əməl olunmasını daha da zəruri edib. Bu prosesdə avtomobil sürücüləri ilə yanaşı, piyadaların da üzərinə mühüm vəzifələr düşür.

Diqqətə çatdırılıb ki, aidiyyəti qurumlar tərəfindən yollarda müxtəlif nişanlar qoyulub, piyada keçidləri müəyyənləşdirilib. Yol hərəkəti qaydalarına əməl etmək üçün, ilk növbədə, bu qaydaları bilməyin vacibliyi nəzərə alınaraq belə tədbirlərin keçirilməsi diqqətdə saxlanılır. Unutmaq olmaz ki, muxtar respublikamızda yol hərəkəti mədəniyyətinə əməl olunmasında yaxından iştirak etmək hər kəsin vətəndaşlıq borcudur.
Tədbirdə yolun hərəkət hissəsinin yalnız piyada keçidi vasitəsilə keçilməsi, piyadaların məsuliyyəti, sürücülərin üzərinə düşən vəzifələr və digər məsələlər barədə danışılıb.
Sonra gənclər şəhərimizin bir sıra prospekt və küçələrində yol hərəkəti qaydalarına əməl olunmasını izləyiblər. Müşahidə zamanı bu qaydalara əməl edən piyadalara minnətdarlıq bildirilib, qaydaları pozanlarla söhbətlər aparılıb, onlara Naxçıvan Muxtar Respublikası ­Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış “Yol hərəkəti təhlükəsizliyinə dair piyadalar üçün buklet”lər təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR