20 Fevral 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər davam etdirilmiş, yanvar ayında 136 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuşdur ki, onlardan 39-u gənc, 33-ü qadındır.
Ünvanlı sosial yardımın alınması üçün əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən 10, kənd xidmət mərkəzlərində isə 7 nəfər işlə təmin edilmiş, işaxtaranların müvəqqəti məşğulluğunu təmin etmək üçün 10 nəfər müvəqqəti və mövsümi xarakterli işlərə göndərilmişdir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti peşəsi üzrə 24, aşpaz köməkçisi peşəsi üzrə isə 16 nəfərdən ibarət kurslar təşkil edilmiş, kurslara cəlb olunanlardan 2-si sağlamlıq imkanları məhdud, 1-i isə cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərdir.

Ötən dövrdə peşəyönümü məşğələləri davam etdirilmiş, 451 yuxarı sinif şagirdinə peşə seçimində köməklik məqsədilə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilmiş, özünü­məşğulluq proqramına cəlb edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirakı ilə Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan sakinlərlə görüş keçirilmişdir.
Muxtar respublikada qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanması, həmçinin əməkhaqlarının real göstərilməsi məqsədilə maarifləndirici seminarlar davam etdirilmiş, 226 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində, 10 nəfərə isə Ahıllar Evində sosial xidmət göstərilmiş, sağlamlıq imkanları məhdud 25 şəxsə sanatoriya və pansionatlara göndəriş ­verilmişdir. Sosial qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bir şəhid ailəsinə və bir Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdud­laşmış bir nəfərə isə minik avtomobili təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant dərslərin tədrisi, müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlər və bu kateqoriyadan olan uşaqlara müxtəlif reabilitasiya xidmətləri davam etdirilmiş, mərkəzin audio­kitabxana xidmətindən istifadə edən görmə qabiliyyəti məhdud şəxslər tərəfindən 771 əsər dinlənilmiş, görmə məhdudiyyətli şəxslər üçün “Oxunması zəruri olan kitablar”dan “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub” brayl əlifbası ilə “Könül işığı” jurnalında çap edilmiş, audiokitabxana xidmətinə əlavə edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 ok­tyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 35 uşağın müalicəsi təşkil edilmiş, Əlillərin Bərpa Mərkəzində 43 nəfərə tibbi xidmət göstərilmiş, 32 nəfər texniki reabilitasiya vasitələri ilə təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR