20 Fevral 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2019-cu ilin yanvar ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, pensiyaçıların şəxsi hesablarına 11 milyon 411 min manat köçürülmüşdür. Eyni zamanda məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin şəxsi hesablarına və ya poçt ünvanına müavinət ödənilməsi üçün 269 min manat vəsait ­köçürülmüşdür.
Hesabat ayında pensiya hüququ yaranmış 114 vətəndaşa əmək pensiyası təyin olunmuş, pensiyaçılardan 65-i yaşa, 14-ü əlilliyə, 35-i isə ailə başçısını itirməyə görə əmək pensiyası hesablanmış vətəndaşlar olmuşdur.
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq fərdi uçot sistemində işlər davam etdirilmiş, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması diqqətdə saxlanılmışdır. İşəgötürənlər tərəfindən yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 148 ərizə forması elekton imza vasitəsilə sifariş verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR