20 Fevral 2020, Cümə axşamı

Dünən Naxçıvan şəhər 5 nömrəli uşaq bağçasında məktəbəqədər hazır­lıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib.
Oyun başlanmazdan əvvəl uşaqların iştirakı ilə hazırlanmış idmanın müxtəlif növlərini əks etdirən kompozisiya nümayiş olunub. Daha sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Gülər Əhmədova və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov çıxış edərək bildiriblər ki, tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların əqli qabiliyyətlərinin və məntiqi düşüncələrinin inkişaf etdirilməsidir.
İki mərhələdən ibarət olan oyunda 4 komanda iştirak edib. Birinci mərhələdə uşaqlar butona basmaqla 55 sualı, ikinci mərhələdə isə onlara təqdim olunan 5 şəkilli sualı cavablandırıblar.
Sonda daha çox suala düzgün cavab verən “Günəş” komandası I yerə, “Ulduz” komandası II, “Ay” və “Bulud” komandaları isə III yerlərə çıxıblar. Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və rəngli kitablar təqdim olunub.
Qeyd edək ki, 20 uşağın iştirak etdiyi intellektual oyun Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR