20 Fevral 2020, Cümə axşamı

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu qəbildən olan uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və məsafədən təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradıb.
Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Rabitə nazirliklərinin birgə təşkilatçılığı ilə fevral ayının 13-də Şərur rayonunun Xələc kəndindən sağlamlıq imkanları məhdud daha bir uşaq distant tədrisə cəlb edilib. Bu məqsədlə onun yaşadığı mənzilə rabitə və internet xətləri çəkilib, müvafiq texniki avadanlıqlar quraşdırılıb. Bununla yanaşı, sağlamlıq imkanları məhdud uşaq Mövlan Heydərli zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. Bununla da muxtar respublikada distant tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqların sayı 23-ə çatıb.
Mövlan Heydərlinin valideynləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, aztəminatlı olması nəzərə alınaraq sözügedən ailə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq üzrə dövlət proqramına da cəlb edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR