24 Sentyabr 2020, Cümə axşamı

Ağbulaq İstirahət Mərkəzində muxtar respublikamızın fəal gənc­lərinin iştirakı ilə növbəti “Qış məktəbi”nə start verilib.
Gənclər əvvəlcə Ağbulaq İstirahət Mərkəzi ilə yaxından tanış olub, sonra stolüstü idman oyunlarında iştirak edib, süni örtüklü mini-futbol meydançasında futbol oynayıblar.
Günün ikinci yarısında məktəb iştirakçıları arasında “Vətəni tanı” intellektual oyunu keçirilib. Şam yeməyindən sonra gənclər tərəfindən hazırlanan əyləncəli səhnəciklər nümayiş olunub. Günün sonunda vətənpərvərlik mövzusunda “Aprel döyüşləri” sənədli filminə baxılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qış məktəbi”nin iştirakçıları muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə­ləridirlər.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR