21 Fevral 2020, Cümə

Ağbulaq İstirahət Mərkəzində muxtar respublikamızın fəal gənc­lərinin iştirakı ilə növbəti “Qış məktəbi”nə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin, həmçinin təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin və Həmkarlar İttifaqları Şurasının birgə təşkil etdiyi məktəbdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edir.
“Qış məktəbi”nin ilk günündə gənclər Ağbulaq İstirahət Mərkəzi ilə yaxından tanış olub, stolüstü idman oyunlarında iştirak edib, süni örtüklü mini-futbol meydançasında futbol oynayıblar. Günün ikinci yarısında “Vətəni tanı” intellektual oyununun ilk mərhələsi keçirilib. Günün sonunda gənclər vətənpərvərlik mövzusunda “Ayla” bədii filminə baxıblar.
Qeyd edək ki, “Qış məktəbi” 8 fevral tarixədək davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR