21 Fevral 2020, Cümə

Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Qara­bağlar kəndində yaşayan az­təminatlı və çoxuşaqlı Səfərovlar ailəsinə baş çəkilib.
Görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildiriblər ki, muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan bütün kateqoriyalı ailələrə, o cümlədən aztəminatlı ailələrə hər zaman qayğı ilə yanaşılır, onların həyat səviyyəsinin yaxşılaşdırılması və problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Həmçinin aztəminatlı ailələrin sosial rifahını yüksəltmək üçün məşğulluq problemləri həll olunur, onlarla vaxtaşırı görüşlər təşkil edilir, maddi və mənəvi cəhətdən dəstək göstərilir. Bir sözlə, sosial sahəyə qayğının ildən-ilə artırılması ailə­lərimizin rifah halının yüksəlməsi ilə nəticələnir.
Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə səyyar tibbi xidmət göstərilib, ərzaq payı verilib və uşaqların ehtiyaclarına uyğun köməkliklər edilib.
Ailənin üzvləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR