10 Avqust 2020, Bazar ertəsi

Gənclərdə ətraf mühitə sevgi və qayğı hisslərinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərindəki Atabəylər məhəlləsindəki istirahət parkında “Bir ovuc sevgi” devizi altında tədbir keçirilib.
Keçirilən tədbirin məqsədi ətraf mühitin mühafizəsi ilə bağlı təbliğat işinin gücləndirilməsi, bu işdə gənclərin yaxından iştirakının təmin edilməsi, Naxçıvan şəhərində yerləşən bağlarda quşların qış aylarında sığınacaq və yemlə təchiz olunmasıdır.
Layihənin ideya müəllifi Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gülay Quliyevadır.
Gənclərin iştirakı ilə hazırlanan yuvalar və yem qabları istirahət parkı ərazisində ağaclara asılıb, yem qablarına dən tökülüb. Həmçinin gənclərə süni quş yuvalarının hazırlanması haqqında bukletlər paylanılıb. Yem qabları mütəmadi olaraq gənclər tərəfindən yoxlanılacaq, boş yem qabları doldurulacaqdır.
Onu da bildirək ki, qeydiyyatdan keçən 40-a yaxın könüllü gəncin iştirak etdiyi tədbir Gənc­lər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­­lər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR