28 Mart 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Yeni Kərki kəndində yaşayan aztəminatlı və çoxuşaqlı Babayevlər ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları dövlətimiz tərəfindən aztəminatlı ailələrə göstərilən diqqət və qayğı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən tədbirlərdən danışıblar.
Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə tibbi xidmət göstərilib, ərzaq payı verilib və uşaqların ehtiyaclarına uyğun köməkliklər edilib. Ailə üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR