13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ərzaq təhlükəsizliyi probleminin həllində xüsusi əhəmiyyət kəsb edən taxıl istehsalı və bu istehsalın həcminin ildən-ilə daha da artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, bu, ölkəmizdə reallaşdırılan iqtisadi siyasətin mühüm vəzifələrindən biri sayılır.
Məhsul istehsalının ilbəil artırılmasını təmin etmək üçün taxıl istehsalı ilə məşğul olan torpaq mülkiyyətçiləri taxılın becərilmə aqrotexnikasına ciddi yanaşmalıdırlar. Taxıl bitkisinin inkişafına xəstəlik, zərərverici və alaq otlarının ciddi təsiri vardır. Bunlardan başqa, taxıl zəmilərinə gəmiricilər də ciddi ziyan vururlar. Onlar fəsillərdən asılı olaraq taxılın həm kök sistemi, yaşıl gövdə və yarpaqları, həm də dənləri ilə qidalanırlar. Gəmiricilərin vurduğu ziyan toxumların cücərmə vaxtından başlayıb dənin yetişmə dövrünədək davam edir və ən çox ziyan yaz aylarında müşahidə olunur.

Gəmiricilərə qarşı mübarizə tədbirlərində aqrotexniki, bioloji və kimyəvi mübarizə üsullarından geniş istifadə edilir. Aqrotexniki mübarizə tədbirlərinə əkin sahələrinin kənarlarında bitən alaq otlarının sistematik şəkildə təmizlənib məhv edilməsi, məhsulun vaxtında yığılması və sahənin bitki qalıqlarından təmizlənməsi, dərin dondurma şumunun aparılması kimi tədbirlər daxildir.
Bioloji mübarizə tədbirləri siçan yatalağı bakteriyalarından hazırlanmış kulturalardan istifadə etməklə xəmir, dən yarması, kartof püresi və sairlə aldadıcı yem hazırlanaraq ziyanvericilərin yuvalarına qoymaqla aparılır.
Kimyəvi mübarizə tədbirlərini, əsasən, payız və yaz fəslində aparmaq məsləhətdir. Payızda taxıl sahələrinin hər hektarında 50-dən artıq işlək yuva olduqda kimyəvi mübarizənin aparılması vacib şərtdir. Bu tədbir də rodentisidlərdən istifadə etməklə aldadıcı yem hazırlamaqla həyata keçirilir. Bunun üçün təmizlənmiş buğda bir-iki gün əvvəl suda isladılır və hər 100 kiloqram buğdaya 3 litr maye yağ əlavə etməklə qarışdırılır, onun üzərinə 2,5 kiloqram sink-fosfid əlavə edilib polietilen örtüyün üzərində yenidən qarışdırılır. Hazırlanmış aldadıcı yem hər yuvaya 8-12 ədəd olmaqla tökülür və yuvanın ağzı bağlanır. Aldadıcı yem hər hektara 2-4 kiloqram məsarif norması ilə işlədilir.
Preparatlar çox zəhərli olduğuna görə onlarla ehtiyatla davranmaq lazımdır. Belə ki, xüsusi geyimlərdən, əlcək, gözlük və respiratorlardan istifadə etməklə təhlükəsizlik qaydaları gözlənilməlidir. Torpaq mülkiyyətçiləri ziyanvericilərlə mübarizə apararaq taxıl zəmilərindən yüksək məhsul əldə edə bilərlər.

Yaşar QULİYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin əməkdaşı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397632
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
627
5770
17462
56799
3397632

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter