21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Süfrələrin şahı, elin varı, sərvəti, Tanrı sovqatı olan çörək bütün insanlar üçün əvəzedilməz nemətdir. Xalqımız ən qədim zamanlardan çörəyə ehtiramla yanaşıb, evinə ən əziz qonaq gələndə onu duz-çörəklə qarşılayıb, çörəyi müqəddəs bir nemət, bərəkət kimi uca tutub. Zamanla xalq arasında çörək və çörəkbişirmə ilə bağlı çoxlu inamlar, atalar sözləri, məsəllər, alqış və hətta qarğışlar da yaranıb.

 Çörək and yeri, etibarlılıq, sədaqət, xeyir-bərəkət rəmzi sayılıb və xalqımızın inam yerinə çevrilib. Uzun müddət bir yerdə çörək yeyənlər “kişi ilə özümüz ağırlıqda duz-çörək kəsmişik”, – deyərlər. Deyimdən də göründüyü kimi, çörəyi müqəddəs sayıb ona xəyanət etməmək tövsiyə olunur. Müşahidələr sübut edir ki, bu, heç də həmişə belə olmur. Bəziləri duz-çörəyi məqsədli şəkildə kəsir, onu sona qədər qoruyub saxlaya bilmirlər. Məqsədlərinə çatdıqdan, mövqeləri yüksəldikdən sonra kəsdikləri çörəyi unudurlar. Belələrinə el arasında “çörəyi dizinin üstündə”, “çörək ayaqlayan” deyilir. 

Duz-çörəyə inam təkcə insanlararası münasibətlərdə deyil, heyvanların şərini sovmada da istifadə edilib. İt quduzlaşdıqda, həyətə ilan, bayquş gəldikdə ev sahibi onların qarşısına duz-çörək qoyub deyir: “Səni and verirəm bu halal çörəyə, kimsəyə zərər vermədən bu ərazidən get”. İnsanlar bundan sonra həmin heyvanların oradan uzaqlaşdıqlarının şahidi olublar.
“Bir tikə çörəyin ovsanata düşüb, isti çörək yap, payla” ifadəsi xalq arasında inama görə, hansısa kasıba verilmiş bir loxma çətin anda insanın dadına çata bilər kimi izah olunur. Buna görə, əgər birisi qəzadan, gözlənilməz xətalardan qurtarırsa, bu ifadə işlənir və deyilir ki, isti çörək yapıb payla.
“Kasıbın xəmiri qurtaranda sacı qızar” ifadəsi kasıbçılıq, aclıqla əlaqəlidir. Bəllidir ki, sac qızmayınca çörək bişirmək olmaz. Bu ifadə də xəmirin, yəni yavanlığın, ruzi-­bərəkətin azlığının dərəcəsini təsvir etmək üçün yaranan zərb-məsəldir. Bununla bağlı belə deyim də var: “Çıqqılı ələk, çıqqılı sac, əlim xəmir, qarnım ac”, yəni az miqdarda un əldə edə bilən insanlar hər gün xəmir yoğurub, çörək bişirir, bu da çalışıb zəhmət çəkilsə də, kifayət qədər təmin oluna bilməməyə işarədir.
Müxtəlif folklor nümunələrimizdə tez-tez rast gəldiyimiz “Çörək Qurandan əvvəl gəlib” deyimi isə onun müqəddəs olması, hətta bəzən and yerinə çevrilməsi mənasını verir. Çətin anlarda “Yediyimiz çörəyə and olsun”, “çörək haqqı” demək ən böyük zəmanət sayılıb hər zaman.
Çörəklə bağlı digər inanclar da var. Məsələn, çörəkbişirmənin sonunda balaca bir kömbə bişirərlər. Bu, evdə uşağın olmasına işarədir. Çörəyi bişirib qurtaranda heç vaxt “qurtardı” deməzdilər, onun əvəzində “çörək bərəkətləndi” deyərdilər. “Çörəyi süfrədən qaldırmamış durmaq günah sayılır”, “Çörəyi süfrəyə tərsinə qoysan, evin bərəkəti göyə qaçar”, “İsti çörəyin üstünə çıxanda “bərəkətli olsun”, – deyib bir tikə kəsməsən, evin bərəkəti qaçar”, “Təndirə küt getmiş çörəyi yeyən adam pul tapar”, “Çörəyi tək əllə kəsmək günahdır” və sair.
Nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatan həmin inancların bir qismi dini baxımdan batil inanclar sayılır. Buna baxmayaraq, insanlar yaşamları boyunca müxtəlif həyat hadisələrinə söykənərək nəyə isə inanıb, ona arxalanıblar.
Müəyyən vaxtlarda çörəklə bağlı yaranan “Unluqdan unun, tabaqdan çörəyin, süfrəndən urfan əskik olmasın”, “Az işləyib çox yeyəsən”, “Ağüzlü, ağ çörəkli olasan”, “Çörək atlı olsun, sən piyada”, “Əppəyini od bişirməsin”, “Yediyin çörək səni tutsun” kimi alqış və qarğışlar insanlar arasında geniş yayılıb.
Çörəyi müqəddəs sayan insanlar arasında zamanla onun ərsəyə gətirilməsi üçün vacib olan təndir, xəmirin yoğurulması ilə bağlı adətlər, inanclar formalaşıb. Qədimdə Naxçıvanda, demək olar ki, hər kəsin həyətində təndir damı, təndirəsər, təndirbaşı adı ilə ayrıca tikili mövcud olub. Bəzi dini mənbələrə görə isə Həvva nənənin daşdan təndiri olub. Bu təndir Nuh Peyğəmbərə miras qalıb. Müqəddəs “Qurani-Kərim”in “Hud” surəsinin 40-cı ayəsindəki “Təndir qaynadı” ifadəsində ilk dəfə Dünya tufanı ərəfəsində həmin təndirdən su qaynadığı barədə danışılır.
Xalq arasında xəmir də müqəddəs hesab edilib. O, ciddi şəkildə qorunar, evdən kimsəyə xəmrə verilməzdi. Birini qarğıyarkən isə belə deyərdilər: “Görüm sənin acı xəmrən kəsilsin”. Yəni o dərəcədə kasıb olasan ki, xəmrə belə, götürə bilməyəsən.
Çörək bişirilməsində ən vacib vasitələrdən biri də undur. O, xalq arasında “urva”, “urfa” adlanır. Urvadan borc, pay olaraq kimsəyə verilməz. O, evin, ailənin, ocağın bərəkəti sayılar.
Xalqımızın özünəməxsus çörəkbişirmə adəti var. Bu zaman qonum­-qonşudakı qadınlar, habelə qohumlar bir yerə yığışarlar. Hazır olan (gələn) xəmir kündələnər, oxlov vasitəsilə açılar, rəfətə üzərinə yayıldıqdan sonra təndirə yapılar. Ərsəyə gələn isti çörəkdən mədətçilərə (köməkçilərə) də pay verilər. Bu həm savab, həm də çəkilən əziyyətin qarşılığı sayılır.
Oğul, qız toyu edən ailələr toydan qabaq “toy çörəyi” bişirmək üçün hazırlıq görərlər. Toy çörəyi yapılarkən qonşuları və qohumları “əppək üstə”, “təndir başına” dəvət edərlər. Gələnlər pul, hədiyyələr gətirərlər. Kömək üçün gələnlər də, qonum-qonşu da, qonaqlar da təndir başında bir loxma toy çörəyi yeyərlər. Sonra toy üçün yapılan çörək dəstələnər və sərin bir yerə yığılar ki, toya hazır olsun. Ev sahibi “əppək üstə” gətirilmiş pul və hədiyyələrin müəyyən hissəsini çörək­yapanlara verər.
Toydan bir gün qabaq isə köməyə gələnlərin içərisindən ən təcrübəliləri seçilər və lavaşı sulamaq onlara tapşırılar. Çünki lavaşı isladanda diqqətli olmaq, suyu lazım olan qədər vurmaq lazımdır. Çörəyin toyda lazım olan qədəri istifadə edilər, qalanı isə xüsusi hazırlanmış çörək yeşiklərində quru şəkildə saxlanılar.
Çörək hər zaman həyatımız, yaşayışımız üçün ən vacib nemətlərdən olub. Odur ki, nəsillərin nəsillərə əmanəti kimi çörəyə ehtiram göstərmək, onu uca tutmaq bizim hər birimizin müqəddəs borcudur.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299370
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3192
4291
11138
84016
3299370

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter