21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradıb. Bu ilin ötən dövründə də dövlət proqramının icrası diqqətdə saxlanılıb.
2018-2019-cu tədris ilində sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinə cəlbi davam etdirilib. Bu dövrdə 46 uşaq məktəbəqədər təhsil müəssisələrində, 10 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, 9 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbə­qədər hazırlıq qruplarında, nitq qüsuru olan 136 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrində tədrisə cəlb edilib. Bundan əlavə, mərkəzin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində uşaqlarla fərdi qaydada reabilitasiyayönümlü məşğələlər də təşkil edilib.

2018-2019-cu tədris ilinin əvvəlində məktəb yaşı çatan sağlamlıq imkanları məhdud uşaqların sayı 103 olub ki, onlardan 64-ü ümumtəhsil məktəblərinin birinci siniflərinə, 1-i distant tədrisə, 1 uşaq isə Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə cəlb edilib. Hazırda ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayı 917, Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 7, Distant Tədris Mərkəzində isə 22-dir. Cari tədris ilində sağlamlıq imkanları məhdud aztəminatlı 278 uşaq məktəbli geyimi və ləvazimatları ilə təmin olunub. Ötən dövrdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tolerant mühitin yaradılması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən ümumtəhsil məktəblərində monitorinqlər davam etdirilib. Ordubad şəhər 3, Culfa şəhər 3 nömrəli və Kəngərli rayonunun Xok kənd tam orta məktəblərində maarifləndirici görüşlər keçirilib. Bununla yanaşı, ümumtəhsil müəssisələrində təhsil alan və distant tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikanın muzeyləri, Şahmat Mərkəzi, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə təşkil edilmiş interaktiv dərslərdə iştirakı təmin edilib.
Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə, musiqi məktəblərinə, məktəbdənkənar müəssisələrin dərnəklərinə cəlb edilməsi, onların istirahətlərinin və asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının artırılması da diqqətdə saxlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan 1159 şagirdə peşəyönümlü məşğələlər keçirilib, əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib.
2018-2019-cu tədris ilinin əvvəlində Naxçıvan Musiqi Kollecinə 1, Naxçıvan Dövlət Texniki Kollecinə 5, Naxçıvan Tibb Kollecinə isə müvafiq kateqoriyalı 4 nəfər qəbul olub. Hazırda həmin müəssisələrdə sağlamlıq imkanları məhdud 35 nəfər təhsil alır. Yeni tədris ilində bu kateqoriyadan olan 21 uşaq musiqi məktəblərinin 1-ci siniflərinə cəlb edilib. Hazırda muxtar respublikanın uşaq musiqi məktəblərində müvafiq kateqoriyalı 119 uşaq təhsil alır. Həmçinin 51 uşaq şahmat məktəblərinə, 108-i məktəbdənkənar müəssisələrin dərnəklərinə, 216-sı Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində məşğələlərə cəlb edilib.
Bu ilin ötən dövründə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində psixoloji dəstək xidmətinin fəaliyyəti davam etdirilib, müraciət edən hər bir uşaq üçün hazırlanmış fərdi pro­qram əsasında müvafiq reabilitasiya xidmətləri göstərilib, psixoloji dəstək xidmətinə 42 uşaq cəlb edilib. Bu dövrdə mərkəzdə eşitmə qabiliyyəti məhdud 8 uşağın tədrisi davam etdirilib, diqqət zəifliyi və hiperaktivliyi olan uşaqlar üçün təlim-bərpa otağında 11 uşağa məşğələ keçirilib. Mərkəzdə 10 uşağın təhsil aldığı art terapiya kursları, audio və elektron kitabxanaların zənginləşdirilməsi istiqamətində də işlər davam etdirilib. Hazırda audiokitabxana fondunda 1379, elektron kitabxana fondunda 773, brayl kitabxana fondunda isə 978 kitab mövcuddur. Görmə məhdudiyyətli şəxslər üçün “Könül işığı” və uşaqlar üçün “Şəfəq” adlı brayl jurnalların nömrələri də audiokitabxananın kataloquna daxil edilib. Mərkəzdə bütün zəruri tədris vəsait­ləri ilə təchiz edilmiş musiqi terapiyası otağı da istifadəyə verilib. Burada keçirilən məşğələlərə 11 uşaq cəlb olunub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş qrafikə uyğun olaraq tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən tarixi abidələrə və muzeylərə ekskursiyalar təşkil olunub, film və tamaşalar nümayiş etdirilib, yarış və müsabiqələr, bayram tədbirləri və valideynlərlə maarifləndirici görüşlər keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Yay məktəbi” çərçivəsində sağlamlıq imkanları məhdud 46 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib. Burada onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif müsabiqələr və idman yarışları keçirilib. Bununla yanaşı, sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu uşaqlar qarşısında konsert proqramı ilə çıxış edib, həmçinin uşaqların təbiət gəzintiləri də təşkil olunub. Naxçıvan şəhərində keçirilən rəsm və əl işlərinin sərgi-satışında sağlamlıq imkanları məhdud uşaqların da 58 rəsm və əl işi nümayiş olunub.
Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin tibbi reabilitasiyası ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınıb, əyləncəli oyun sahəsi istifadəyə verilib. Sağlamlıq imkanları məhdud uşaqların tibbi reabilitasiyası məqsədilə Uşaq Bərpa Mərkəzində 279 uşağın müalicəsi təşkil edilib, 43 uşağa protez-­ortopedik xidmət göstərilib, 33 uşaq texniki reabilitasiya vasitələri ilə təmin edilib, 23 uşağın isə ölkə daxilində müalicəsinə köməklik göstərilib.
Məhdud fiziki imkanlı uşaqların idman qruplarına cəlbi və onların cəmiyyətə inteqrasiyası məqsədilə ötən dövrdə muxtar respublikanın rayonlarında boccia bölmələri yaradılıb, məşqçi-müəllimlər müəyyənləşdirilib. Qruplar oyun üçün zəruri avadanlıqlarla təchiz edilib. Muxtar respublikada boccia üzrə məşqçilərin bacarıqlarını daha da artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi və məşqçilər heyəti muxtar respublikaya dəvət olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299292
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3114
4291
11060
83938
3299292

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter