11 Dekabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Məhəlləmizdəki məişət tullantıları üçün qoyulmuş dəmir qutuların yanından keçərkən bəzən həmin qutuların dəstəklərindən asılmış içərisində çörək parçaları olan torbaları gördükcə məni təəssüf hissi bürüyür. Deyirəm, görəsən, nə tez unuduldu çörək mağazalarının qarşısındakı uzun növbələr, defisit mallar uğrunda mübarizələr, bazarlarda boş qalan piştaxtalar?.. Görünür ki, bu gün əhatə olunduğumuz dinclik, bol nemətlərlə dolu firavan həyat aclıqla imtahana çəkildiyimiz günləri çoxdan bizə unutdurub. Və yaxud bir zamanlar iki saatdan bir fasilə ilə verilən elektrik enerjisindən indi rahatlıqla istifadə edir, bəzən böyük israfçılıqlara da yol veririk. Doğrudur, istifadə etdiyimiz enerjinin, çörəyin də pulunu ödəyirik. Ancaq, son nəticədə, izafi xərclənən pula da qənaət etmək olar axı. Belə misalları çox çəkmək olar, lakin əsas məqsədimiz gündəlik həyatımızda israfçılığı aradan qaldırmaqdır./

Müasir dövrdə dünyada istehlak mallarının növ və çeşidlərinin artması və bu məhsullarla bağlı məlumatların müxtəlif informasiya vasitələri ilə daha sürətli yayılması, hər birimiz üçün əlçatan olması böyük bir istehlak mədəniyyətinin formalaşmasına səbəb olub. Tək ölkə­mizdə deyil, ümumiyyətlə, bütün dünyada istehlakçıların əvvəlki illərlə müqayisədə ehtiyaclarının çoxalması və bunun da nəticəsində daha çox və daha yaxşı məhsula yiyələnmək istəyi sanki insanları xoşbəxt edir. Aparılan sosial araşdırmalar da göstərir ki, insanlar yalnız keyfiyyətli, hamı tərəfindən bəyənilən məhsullara sahib olduqda özlərini daha çox xoşbəxt hiss edirlər. Bu xoşbəxtlik qısa sürsə də, hətta ehtiyac olmasa belə, bundan sonra daha yaxşısını əldə etməyə çalışırlar. Beləliklə, insanlar zaman keçdikcə bu psixologiyadan asılı hala gəlir və “onda var, məndə niyə olmasın?” məntiqi ilə inkişaf edən psixoloji problemlərə düçar olurlar. Sonda isə bu düşüncə qazanılan pulun səmərəsiz və mənasız yerə sərf edilməsinə, bədxərclik və ya israfçılığa gətirib çıxarır. Çoxlarımız düşünmürük ki, sahib olduğumuz vəsaiti ehtiyac olmasa da, izafi yerlərə xərclədikcə, daha artığını əldə etməyə çalışacağıq, eyni zamanda bu vərdişimizlə heç kəsə yaxşı örnək olmayacağıq.

Qeyd edək ki, israfçılıq nəinki insanın özünə, eləcə də cəmiyyətə, hətta ölkəyə də çox böyük zərər verə bilər. İsraf edən adamlar əlindəki maddi imkanlarını davamlı olaraq xərcləməyə həvəsli olurlar. Bu cür insanlar qazandıqları vəsaiti zəruri istehlak mallarına deyil, sırf başqalarından seçilməsinlər deyə, ehtiyac duymadıqları geyimlərə, bahalı əşyalara və bir çox lazımsız məhsullara xərcləyirlər. Bəzi hallarda onlar üçün alınacaq məhsulun keyfiyyəti yox, xarici görünüşü və cəmiyyət içərisində təsiri böyük rol oynayır. Təbii ki, belə “nümunə” aylıq gəliri bu reallığa cavab verməyən insanlar arasında daha çox müzakirə mövzusu olur. Kredit götürmək adətkarlığı olan insanlarda isə bu kimi reallıqlar gəlir və xərc planlaması sistemini alt-üst edir və nəticədə, illərlə ödənilən kreditlərin öhdəsindən gələ bilmirlər.
İsraf qadağası və qənaət hökmü yalnız ehtiyacı olanlara aid deyil, dar günə tədarük xarakteri daşımır. Bu, Tanrının səxavətlə bəxş etdiyi nemətləri acgözlüklə mənimsəməmək, yalnız özünə aid etməmək, “təki mən tox olum” kompleksindən çıxmaq, bütün insanların ilahi nemətlərdən istifadə bərabərliyini qəbul etməkdir. Bununla yanaşı, “İsraf yoxsulluğa, qənaət isə var-dövlətə səbəb olar”, – deyiblər. Xərclədiyini bilməyənin yoxsul qalması, təbii ki, gözləniləndir. Çünki insan tamahının son həddi yoxdur. Ona nəzarət etməyəni, məhdudiyyət qoymayanı bədbəxtlik gözləyir.
Həyatda xoşbəxt yaşamaq hər insanın arzusudur. Lakin xoşbəxtliyin də tam maddiyyat üzərində qurulmaması təcrübədən çoxdan keçib. Bəzən insanlar həyatda maddi hədəflərinə çatmaq üçün əllərindən gələni edirlər. Lakin onlar unudurlar ki, bu maddiyyata çatmaq üçün başqa bir üsul da var: qənaətcil olmaq. Qənaət, ilk növbədə, bir insani dəyərdir. Qənaət – qane olmaq, lazım olan hədlə kifayətlənmək, ­Allahın nemətlərindən səmərəli və məqsədyönlü şəkildə istifadə etməkdir. Əgər insan həyatda əldə etdiklərinə qənaət etsə və onunla kifayətlənsə, çox sayda çətinliyi arxada qoya bilər. Nigarançılıqdan, stresdən uzaq olar.
Dinimizin qadağan etdiyi xüsusiyyətlərdən biri də fərd və toplumu yoxsulluğa, fəlakətə sürükləyən, cəmiyyəti yıxan israfçılıq əməlidir. İnsanlığın rifahını və səadətini yüksək tutan dinimiz israf etməyi qadağan etmiş, insanlara qənaətcil olmağı, hər nemətdən qədərində istifadə etməyi əmr etmişdir. Uca ­Yaradanın bizə bəxş etdiyi maddi imkanların israf edilməsi bir çox yuvanın dağılmasına, ailələrin, toplumun və ölkənin iqtisadi cəhətdən zəifləməsinə səbəb olur. İnsanın həyatda rahat yaşaması və dolanışığı üçün iki cəhət zəruridir. Bunlardan biri qazanmaq, digəri də əldə olanı yerli-yerində və ölçülü şəkildə xərcləməkdir. Bunlardan biri əskik olarsa, yaşamaq çətinləşər, dinclik yox olar.
Atılan çörək parçaları, boşa xərclənən zaman, artıq sərf olunan enerji, gərəksiz yerə axıdılan su – bunların hər biri israfdır. Gənclərin Vətəni, milləti üçün sərf etməsi lazım olan zamanlarını və bol enerjilərini saat­larla sosial şəbəkələrdə bada verməsi də israfdan başqa bir şey deyil. Bilik öyrənmək, ailəyə və cəmiyyətə faydalı işlər görmək əvəzinə bir daha geri qaytarılması mümkün olmayan zamanı mübahisəyə və dava-dalaşa, qeybətə xərcləmək də israfdır. Dəyəri bilinməyən zaman və faydasız işlərə sərf olunan ömrün özü də israfdır. Elə isə imkanlarımızı, qazandıqlarımızı, sağlamlığımızı, sərvətimizi ölçülü şəkildə istifadə etməli, ruhumuzu bürüyən şöhrətpərəstlikdən uzaq durmalı, maddi və mənəvi israfın bizi başqalarına möhtac hala gətirə biləcəyini unutmamalıyıq.
Bu gün dünyanın bir çox ölkələrində aclıqdan, soyuqdan, ehtiyac üzündən dünyasını dəyişən milyonlarla insan var. Yoxsulluq üzündən övladlarına bir tikə yavan çörək tapmaq üçün zibillikləri axtaran analar, təhsildən məhrum, məktəb yaşlarından işləməli olan uşaqlar, müalicəyə pul tapmadıqlarına görə övladlarını torpağa tapşıran atalar var. Bir çox ölkələrdə maddi sıxıntının yaratdığı həyəcan, stress, iztirab üzündən intihar edən insanlar da az deyil. Lakin bu gün hamımız əminliklə deyə bilərik ki, ölkəmizdə eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada bu problemlərə rast gəlinmir. Doğma diyarımız ötən illər ərzində təhlükəsiz məkan kimi özünü çoxdan təsdiq edib. Günü-gündən çiçəklənən yurdumuzda qədim diyarımızın sakinlərinin bütün problemləri öz həllini tapır, onların məişət şəraitinin yaxşılaşdırılması üçün hərtərəfli şərait yaradılır. İnanırıq ki, muxtar respublika sakinləri də məhsul bolluğunu təmin etmək üçün yaradılan mövcud şəraitdən səmərəli istifadə edərək, qədim diyarımıza, nəticə etibarilə, ölkə iqtisadiyyatına öz töhfələrini verəcəklər.

Gülcamal Tahirova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3390533
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5149
5214
10363
49700
3390533

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter