12 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Əhalinin məşğulluğunun təmin olunmasında muxtar respublikamızda keçirilən əmək yarmarkaları mühüm rol oynayır. Bu tədbirlərin davamı olaraq Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib.

Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin əməkdaşı Ceyhun Qurbanov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızda yeni iş yerlərinin açılmasına, əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir.
Bildirilib ki, dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sa­hibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.

Sədərək Rayon İcra Hakimiyyətinin müavini Yusif Seyidov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin­ müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikamızda da əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu təmin olunub, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə edilib.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 7 təşkilatdan 98 boş iş yerinin çıxarıldığı tədbirdə 10 nəfərə işə göndəriş verilib.
Yarmarkada işaxtaran rayon sakinləri ilə görüşüb həmsöhbət olduq. Onlar dedilər ki, bu yarmarka vasitəsilə ixtisaslarına uyğun işə göndəriş almalarına görə çox sevinirlər. Çalışacaqlar ki, işlə təmin olunduqları təqdirdə həmin təşkilatlarda fəallıq göstərsinlər, muxtar respublikamızın sosial-iqtisadi inkişafına öz töhfələrini versinlər.
Müsahiblərimiz onu da bildirdilər ki, əmək yarmarkalarının keçirilməsi işaxtaran insanlar üçün böyük imkanlar yaradır. Onlar yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Sərxan İSMAYILOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3391408
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
173
5851
11238
50575
3391408

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter