15 Dekabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta hər bir işçinin sağlamlığına verilən dəyərlə ifadə olunur. Belə ki, hər kəsin öz sağlamlığına verdiyi dəyər qədər dövlətimiz üçün də hər bir Azərbaycan vətəndaşının həyat və sağlamlığının qorunması ən mühüm vəzifələrdəndir. 

Müxtəlif dərəcəli riskli istehsalat obyektlərində çalışan insanların sağlamlığının qorunması üçün lazım olan hər cür tədbir görülsə də, bir sıra fəaliyyət növlərində yaranan riskli hallar zamanı bəzən qaçınılması mümkün olmayan hadisələr baş verə bilər. Buna görə də istehsalatda müxtəlif bədbəxt hadisələr, habelə peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı hər bir işçinin gələcəyinin zəmanəti kimi də qiymətləndirmək lazımdır.

Ölkəmizdə belə bir sığorta növü 11 may 2010-cu il tarixdə qəbul edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aparılır. Həmin qanuna əsasən aparılan icbari sığorta istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur. Bu ödənişlər iş vaxtı əmək qabiliyyətini itirmiş şəxslərin və ya onların himayəsində olmuş digər insanların maddi təminatına kömək edir. Bu sığortanın aparılmasında məqsəd göstərilən hallarda əmək qabiliyyəti itirilmiş şəxslərin və ya onların himayəsində olmuş digər insanların maraq və mənafelərinin müdafiə edilməsi, başqa sözlə, əməyin mühafizəsinin ən yüksək səviyyədə təşkilinə nail olmaqdır. Bu məqsədlə də 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirədə sığortanın digər növləri ilə bərabər, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın da təşkili və aparılması sahəsində konkret vəzifələr qarşıya qoyulub.
Mövcud qanun bu sığorta növündə sığortaçı, sığortalı, sığortaolunan və digər faydalanan şəxslərin hüquq və vəzifələrini müəyyənləşdirir. Qanuna əsasən işə­götürən hüquqi və ya fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki­-hüquq müqaviləsi əsasında işləyən hər bir işçi, dövlət orqanlarında çalışanlar, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, habelə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş və işləyən şəxslər üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari qaydada sığorta olunmalıdırlar. Bundan əlavə, həmin qanuna görə istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, müəssisələrdə işə cəlb olunmuş hərbi qulluqçular, hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslər də bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunmalıdırlar.
Bu sığorta növünə görə verilən ödənişlər isə xeyrinə icbari sığorta müqaviləsi bağlanılmış şəxsin əmək fəaliyyətini yerinə yetirdiyi zaman bədən üzvlərinin zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin şəkildə pozulması, o cümlədən əlverişsiz və zərərli istehsalat amillərinin təsiri ilə yaranan xroniki və ya kəskin xəstəlik halları zamanı həyata keçirilir. Bağlanmış müqaviləyə əsasən belə hallar baş verdikdə sığorta ödənişi almaq hüququna malik faydalanan şəxsə onun məruz qaldığı maddi itkilərin ödənilməsi məqsədilə sığorta məbləği ödənilir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, istehsalatda bədbəxt hadisələrin baş verməsi və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi zamanı sığortaçı baş vermiş sığorta hadisəsinin sığortaolunanın özü tərəfindən qəsdən törədilmiş hərəkətin nəticəsi olduğu, habelə onun sərxoş vəziyyətdə olması halında baş verdiyi zaman sığorta ödənişindən imtina hüququna malikdir.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi və ya ölüm halı baş verdikdə isə sığortaolunan və yaxud faydalanan şəxslər sığorta ödənişi almaqla maddi dəstək əldə edirlər. Bu zaman faydalanan şəxslər kimi istehsalatda sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin özü və ya sığorta hadisəsi nəticəsində sığorta­olunanın ölməsi halında onun himayəsindəki əmək qabiliyyəti olmayan şəxslər, habelə sığortaolunanın ölümündən sonra doğulmuş uşaqları və digər faydalanan insanlar nəzərdə tutulur.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta zamanı sığortahaqqı isə xeyrinə icbari sığorta müqaviləsi bağlanılan şəxslərin müəyyən olunmuş qaydada hesablanan birillik əməkhaqqı fondunun sığorta tarifinin faiz nisbəti əsasında hesablanır. Sığorta tarifi isə istehsalatda fəaliyyət növündən asılı olaraq müəyyən edilmiş peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq 0,2 faizdən 2 faizədək müəyyənləşdirilir.
Göründüyü kimi, hər bir işçinin iş yerində baş verə biləcək bədbəxt hadisələrdən və peşə xəstəliklərindən peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın həyata keçirilməsi işəgötürənin qanunvericiliklə müəyyən olunmuş vəzifəsidir. Ona görə də bu sığortanın aparılması göstərilən hallarda əmək qabiliyyətini itirmiş şəxslərin və ya onların himayəsində olmuş digər insanların maraq və mənafelərinin müdafiəsinə xidmət edir.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3407327
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
868
4561
27157
66494
3407327

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter