24 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” da bu məqsədə xidmət edən mühüm dövlət sənədidir. Proqramda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində görülən işlər muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir.
Əhalinin məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlərə yönəldilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb edilməsi, habelə peşə hazırlığı sahəsində muxtar respublikada həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bir daha onu göstərir ki, blokada şəraitində də hər hansı problemin həllinə nail olmaq mümkündür. İndi regionda əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, həmin məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, muxtar respublikada cari ilin ötən dövrü ərzində şəhər və rayonlarımızın hər birində 2 dəfə əmək yarmarkaları keçirilib. Yarmarkalarda 421 nəfər, ümumilikdə, ötən 9 ay ərzində 2137 nəfər işlə təmin olunub, 222 nəfər peşə hazırlığına, 227 nəfər ictimai işlərə, 13 nəfər kvota yerinə göndərilib.
Naxçıvan şəhərində sentyabr ayının 25-də səhiyyə işçiləri üçün keçirilən yarmarkada isə 41 nəfərə göndəriş verilib.
Məlumat üçün onu da bildirək ki, növbəti əmək yarmarkalarına oktyabrın 9-da start veriləcək. Həmin gün tədbir Sədərək Rayon Mədəniyyət Şöbəsinin binasında təşkil olunacaq. Oktyabr ayının 10-da Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Oktyabrın 11-də keçiriləcək əmək yarmarkasının ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından oktyabr ayının 15-də yararlana biləcəklər. Oktyabr ayının 16-da ordubadlılara, 17-də babəklilərə, 18-də isə şərurlulara boş iş yerləri təqdim olunacaq. Ordubad şəhərində və Babək qəsəbəsində əmək yarmarkaları mədəniyyət şöbələrinin binalarında, Şərurda Mədəniyyət Sarayında təşkil olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası oktyabr ayının 19-da Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçiriləcək.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3180038
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1355
4484
10228
94585
3180038

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter