11 Dekabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Çalışaq bu sərvəti zərərli qidaların öhdəsinə buraxmayaq

Müasir dövrdə qısa müddətdə ­hazırlanan qidalar insanların sevimli yeməyinə çevrilib. Ona görə də bəziləri belə yeməklərə daha çox üstünlük verirlər. Buna səbəb olaraq isə vaxt azlığını, işlərin çoxluğunu göstərirlər. Bununla da zamana qənaət etməklə, əslində, öz sağlamlıqlarına ziyan vururlar. Statistikaya görə, bu qidalardan uzaq durmağa çalışan insanlar belə, həftədə ən azı 2 dəfə, orijinal adı ilə desək, “fast food”lardan istifadə edirlər.
“Fast food” dedikdə hamburger, pizza, dönər, sandviç, qızardılmış toyuq və sair kimi hazırlanması tez başa gələn yeməklər nəzərdə tutulur. Elə “fast food” sözünün özü də ingiliscədən tərcümədə “sürətli”, “tez başa gələn yemək” mənasını verir.
İlk dəfə Amerikada satışına başlanan və sürətlə dünyaya yayılan bu yeməklər Azərbaycanda da gənc­lər, uşaqlar tərəfindən sevilə-sevilə yeyilir. Bu gün bəzi kafe və restoranlarda hazır yeməklər milli mətbəximizin təamlarından daha çox satılır. Bəs bu yeməklərin orqanizmimizə və ən önəmlisi azyaşlı uşaqlara olan zərərlərini bilirikmi? Həqiqətən, görəsən, hazır yeməklər evdə bişirilmiş yeməklərdən daha dadlıdır, yoxsa insanlara bunları sevdirən başqa səbəblər var? Bu sualların cavablarını çox axtarmağa gərək yoxdur. Həmin yeməkləri insanlara sevdirən tərkibindəki qatqı maddələri, dadlandırıcılardır. Kalorisi çox olan bu yeməklər, eyni zamanda çəki artımını sürətləndirir.

“Fast food”ların tərkibində doymuş yağların çox olması ürək-damar xəstəliklərinin, ağciyər xərçənginin, eyni zamanda xroniki narahatlıqların artmasına səbəb olur. Vitamin və mineral tərkibinin az olması səbəbilə bu yeməklər həzm sisteminin də zəifləməsinə zəmin yaradır. Əlbəttə, hazır yeməklərin fəsadları bunlarla bitmir. Bu yeməklərə həddindən artıq aludəçilik yarandığı zaman insan müxtəlif xəstəliklərlə üz-üzə qalır. Qeyd edim ki, aparılmış araşdırmalar zamanı həftədə 3 dəfədən artıq “fast food” ilə qidalanmış uşaqların digər uşaqlara nisbətən daha çox bronxial-astma xəstəliyinə tutulduğu sübut olunub. Çünki bu qidalar uşaqların zəif orqanizmləri və inkişaflarına mənfi təsir göstərir.
Elə bu mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasının Terapiya şöbəsinin həkimi Mustafa Fətullayev ilə həmsöhbət olduq. Həkim bildirdi ki, hər bir fərd öz orqanizmini hazır qidalardan qorumağı bacarmalıdır. Bu qəbildən olan qidalar – cipsi, dönər, hamburger, hazır şorbalar və sair insan orqanizmi üçün təhlükə mənbəyidir. Qazlı içkilərin də gündəlik qəbul olunmasının əleyhinəyəm. Çünki qazlı içkilərin insan orqanizminə çox böyük toksiki təsiri var. Belə ki, həmin içkilər orqanizmə karbon oksidi verir ki, bu da qidada olan bütün toksinlərin bədəndən xaric olmasına maneçilik törədir. Halbuki biz toksinlərin orqanizmdən xaric olunmasına səy göstərməliyik. İnsanlar qazlı içkilərin əvəzinə təbii meyvə şirələrinə üstünlük versinlər. Bundan başqa, konservantlarla “bəzədilmiş”, “gözoxşayan” bütün şirniyyatlardan uzaq olmaq lazımdır. Əgər artıq çəki probleminiz yoxdursa, ev şəraitində bişən şirniyyatları yemək olar. Çünki indi qidaların genetikası dəyişib. Hər kəs qidalandığı yeməklərin tərkibi ilə tanış olmalıdır. Onu da tövsiyə edərdim ki, insanlar qızardılmış çörəklərə üstünlük versinlər. Çünki qızardılmış çörəklərdə nişasta ­olmur.
Həkim onu da qeyd etdi ki, hər bir insanın orqanizmi yaşadığı ərazinin suyuna, torpağına, havasına uyğunlaşmış olur. Elə buna görə də hər kəs yerli məhsullar ilə qidalanmağa üstünlük verməlidir. Biz Amerikadan, Avropa ölkələrindən mətbəximizə daxil olan hazır yeməklərlə deyil, Naxçıvanın zəngin mətbəxinin təamları ilə qidalansaq, həm qatqısız təmiz yeməklər süfrələrimizi bəzəyər, həm də sağlamlığımızı belə yeməklərə qurban vermərik.
Terapevt onu da diqqətimizə çatdırdı ki, birinci növbədə, sağlam həyat tərzinə riayət etmək vacibdir. Hər ayın, fəslin özünəməxsus proqramı var. Məsələn, payızda vitaminlərə tələbat artır. Buna görə də orqanizm özü bizə sağlam rasional qidaya keçməyi diktə edir. Bunun üçün menyuda tərəvəz və meyvə bol ­olmalıdır.
Həkimin sözlərinə görə, mütəmadi olaraq yediyimiz qidalar beyin sağlamlığımıza da ciddi şəkildə təsir edir. Çalışaq ki, qızardılmış, təkibinə rəngləndirici, dadlandırıcı və qoruyucu əlavə edilmiş qidalardan uzaq olaq. Əminik ki, bu səbəblər bizləri “fast food” yeməzdən öncə 2 dəfə düşünməyə vadar edəcək. Ümid edirik ki, heç kim bu gerçəklikləri bilərək sağlamlığını qurban verməz. Necə deyərlər, elə edək ki, hazır yeməklərin həyatımızda yeri doyumluq deyil, dadımlıq olsun. Bunların yerinə sağlamlığımız üçün lazım olan qidalarla – ağartı məhsulları, meyvələr, tərəvəzlər, eyni zamanda təbii məhsullarla, ev şəraitində hazırlanmış yeməklərlə qidalansaq, həm sağlamlığımızı, həm də büdcəmizi qorumuş olarıq.
Gəlin bizə bəxş edilən bu ömrü çalışaq ki, sağlam yaşayaq. Çünki sağlamlığımız bizim ən dəyərli xəzinəmizdir. Bu xəzinəni qorumaq isə öz əlimizdədir.

Aygün BAĞIROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3390554
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5170
5214
10384
49721
3390554

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter