20 Oktyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında keçirilən təlimin əsas məqsədi səhiyyə müəssisəsinin fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması, rayon ərazisində ehtimal olunan fövqəladə hallar zamanı zədələnmə (zəhərlənmə) ocaqlarında həkiməqədərki və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üzrə tibb qüvvələrinin təcrübə qazanmasıdır. Bununla yanaşı, həmin təlimlərdə “Xüsusi dövr”də xəstəxananın dayanıqlı işinin təmin edilməsi və işçilərin mühafizəsinin təşkili üzrə rəhbər, komandir-rəis heyətinin bacarığının təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılıb.
Təlim iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə xəstəxananın fövqəladə hallarda fəaliyyət planının reallığı, fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına cəlb olunan orqanların və tibb qüvvələrinin hazırlığı yoxlanılıb. Hazırlıqla bağlı tibb qüvvələrinin və mülki müdafiə dəstələrinin hər bir üzvünün tabel təchizatı üzrə fərdi və tibbi mühafizəsinə, zəruri dərman preparatları, fərdi dərman qutuları, sarğı materialları, xüsusən də güclü təsiredici zəhərli maddələrdən qorunmaq üçün xüsusi profilaktika vasitələri ilə təchizatına baxış keçirilib. Təlim iştirakçılarına müxtəlif müdaxilələr təqdim edilərək şərti zədələnmə ocağında qəbul-çeşidləmə məntəqəsinin, ixtisaslaşdırılmış tibbi yardım briqadalarının ­hazırlığına qiymət verilib.

İkinci mərhələnin birinci təlim yerində təbii fəlakət, nəqliyyat qəzaları və yaşayış binalarında yanğın­-partlayışlar zamanı xəsarət alanlara həkiməqədərki yardımın və xəstəxana şəraitində ixtisaslaşdırılmış həkim yardımının göstərilməsi sual­larına baxılıb. Təlim rəhbərliyi tərəfindən verilmiş tapşırıq əsasında şərti fəlakət rayonundan gətirilmiş zədələnmişlərin qəbul-çeşidləmə məntəqəsində yerləşdirilməsi, qeydiyyata alınması, xəstələrin ağır və yüngül zədələnmişlər qruplarına ayrılması təşkil edilib, ağır xəstələr xəstəxana şəraitində ixtisaslaşdırılmış həkim yardımı üçün göndərilib. Bu təlim yerində həkim və orta tibb işçilərinin operativ və peşəkar müdaxilələri nəticəsində qarşıya qoyulmuş tapşırıqlar vaxtında yerinə yetirilib.
Növbəti təlim yerində isə Ordubad rayonu ərazisində ehtimal olunan radioaktiv, kimyəvi və bakterioloji (bioloji) zəhərlənmə şəraitində xəstəxana işçilərinin mühafizəsinin təşkil edilməsi, ərazidə dozimetrik nəzarətin həyata keçirilməsi, mühafizə rejimlərinin tətbiq edilməsi, gətirilən şərti zədələnmişlərin bölüşdürücü postunda çeşidlənməsi, qismən və tam sanitar təmizləmə işinin aparılması, paltar və ayaqqabıların dezaktivasiya olunması, həmçinin laboratoriya və tibbi təminat bölmələrinin işinin təşkili üzrə tapşırıqlar icra edilib.
Məlumat üçün qeyd edək ki, keçirilən kompleks mülki müdafiə təlimində xəstəxananın 15 nəfərdən ibarət yüksək hazırlıqlı travmatoloji, cərrahi və yanıq əleyhinə briqadaları, 33 nəfərdən ibarət mülki müdafiə dəstələri, 3 təcili tibbi yardım avtomobili, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 7 nəfərdən ibarət ixtisaslaşdırılmış, həmçinin Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 10 nəfərdən ibarət təqlidetmə qrupları iştirak edib.
Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş vəzifələrə əsasən nail olunub.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3162449
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
662
3743
22614
76996
3162449

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter