12 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Şahbuz Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev tədbiri açaraq sığorta fəaliyyətinin əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək sığorta fəaliyyətinin muxtar respublikamızın sosial-iqtisadi inkişafındakı rolundan bəhs edib. Baş direktor vurğulayıb ki, muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti vardır. Bildirilib ki, sığorta münasibətlərinin tənzimlənməsi və müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir.
Qeyd olunub ki, sığorta müxtəlif gözlənilməz hadisələr nəticəsində dəymiş maddi zərərlərin əvəzinin ödənilməsinə xidmət edir. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, vətəndaşlar vaxtında öz daşınmaz əmlakını, avtonəqliyyat vasitələrini, mülki məsuliyyətini icbari qaydada sığortalamaqla baş verən gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərin ödənilməsinə təminat alırlar.

Bildirilib ki, ötən müddətdə Şahbuz rayonunda da bu istiqamətdə müəyyən işlər görülüb. Belə ki, rayon üzrə cari ilin ilk 7 ayı ərzində, ümumilikdə, 1552 ədəd sığorta müqaviləsi bağlanılıb.
Çıxışda rayonda daşınmaz əmla­kın, həmçinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortaları, ev əmlakı, fərdi qəza sığortaları və digər sığorta növləri üzrə mövcud vəziyyət təhlil olunub. Qeyd edilib ki, rayonda hələ də daşınmaz əmlakın, daşınmaz əmla­kın istismarı ilə bağlı mülki məsuliyyətin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortaları üzrə sığorta olunmayan hüquqi və fiziki şəxslər qalmaqdadır. Bununla əlaqədar vurğulanıb ki, ölkəmizdə qüvvədəki qanuna əsasən icbari qaydada sığorta edilməli olan hər bir obyektin sığortası təmin olunmalıdır.
Tədbirdə könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Qeyd olunub ki, Şahbuz rayonunda bu sahədə fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan maarifləndirmə işləri genişləndirilməlidir. Bütün bu sığorta növlərinin inkişafı, son nəticədə, vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Sonra tədbirdə Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik­-leytenantı Razim Vəliyev, Şahbuz Rayon Polis Şöbəsinin Təşkilat-­inspeksiya, uçot-qeydiyyat və statistika işləri üzrə qrupun baş inspektoru, polis baş leytenantı Əhməd Məmmədov görülən işlərin vəziyyəti barədə çıxış ediblər.
Tədbirdə aidiyyəti orqanlara sığorta işinin genişləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3394409
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3174
5851
14239
53576
3394409

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter