15 Avqust 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan xalq təqvimində mühüm mərhələlərdən biri də “quyruq doğdu”dur. “Quyruq doğdu” avqust ayının 5-nə təsadüf edir və yayın yarı olduğu dövr hesab olunur. Həm elmi mənbələrdə, həm də xalq arasında “quyruq doğdu” tez-tez müzakirə mövzusuna çevrilir.
Bəziləri deyir ki, quyruq doğmaz, donar. İlin bu dövrünün maldarlıq təsərrüfatında “quyruq dondu” adlandırılmasının səbəbi isə aşağıdakı kimi izah edilir: deyirlər ki, hava sərin olduğu üçün yaylaqda kəsilən heyvanın əridilmiş quyruğu donar. İstər elmi qaynaqlarda, istərsə də el arasında bu ifadə ilə bağlı çox təzadlı, bəzən isə yanlış fikirlər söylənilir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə belə yazılıb: “Quyruq doğmaq” (əsli quyruq donmaq) yay fəslinin yarıdan keçdiyini bildirən ifadədir. Lüğətdə əsli “quyruq donmaq” yazılsa da, Firudun bəy Köçərli, Süleyman Rəhimov və Mir Cəlala istinadən çəkilən misalların hamısında “quyruq doğdu” yazılıbdır. Üçcildlik “Azərbaycan etnoqrafiyası” kitabında isə belə bir məlumata rast gəlirik: “Yayın ikinci dövrünün adına “quyruq doğdu” da deyirlər. Ata-babalarımız yay yarı olan gecə səhərə yaxın şərq tərəfdən işığı arxaya tərəf uzanan quyruqlu ulduzların görünməsini müəyyən edir və təsərrüfat işlərini məhz bu dövrdə görürdülər”. Abbasqulu ağa Bakıxanov bu ulduzların görünmə təqvimini işləyib hazırlamışdır ki, bunun da “quyruq doğdu”ya heç bir aidiyyəti yoxdur.

Tədqiqatçıların əksəriyyəti məşhur Azərbaycan təbiətşünası, maarifçi-alim Həsən bəy Zərdabinin 1905-ci ildə yazdığı “Quyruq doğdu, çillə çıxdı” məqaləsinə istinad edirlər. O, bu məsələni belə izah edir: “Elə ulduz var ki, ilin bir vaxtında görünür, qeyri-vaxtlarda görünmür və bir də ulduzlar çox olduğundan onları bir-birindən ayırmaqdan ötrü dəstə-dəstə edib hər bir dəstəyə bu dəstə oxşadığı əşyanın, ya da heyvanın adını qoyurlar ki, onları tanımaq asan olsun. Bu ulduz dəstələrinə cürbəcür adlar qoyublar, o cümlədən onların bir dəstəsinə quyruq deyirlər ki, həqiqətən, heyvan quyruğuna şəbahəti (oxşarı) var. O quyruğa oxşayan ulduz dəstəsi bizim yerimizdə tülu edir (görsənir)”.
“Azərbaycan etnoqrafiyası” kitabında yazılıb: “Alimlər araşdırmalar nəticəsində göstəriblər ki, “quyruq doğdu” ifadəsi Buğa bürcündəki ulduz topası ilə bağlı yaranıb. Həsən bəy Zərdabinin yazdığı “quyruğa oxşayan ulduz dəstəsi” Buğa bürcündəki ülkər ulduzlarıdır. Azərbaycanda həmin ulduzlara “Xodək-garvan” və ya “Şamtərəzi” deyirlər”. Bunların Buğa bürcündəki ülkər ulduzları olduğu həqiqətdir. Lakin bunun da “quyruq doğdu”ya aidiyyəti yoxdur.
Etnoqraf Qəmərşah Cavadov “Əkinçilik mədəniyyətimizin sorağı ilə” kitabında yenə də Həsən bəy Zərdabinin məqaləsindən istifadə edir. O qeyd edir ki, əhali yayın yarıdan keçməsini Azərbaycanın müxtəlif zonalarında “Ülkər”, “Şam­tərəzi”, “Xodək-garvan” və “Quyruq doğdu” adları ilə məlum olan ulduzların görünməsi ilə müəyyən etmişdir. Qeyd edək ki, Ülkər ulduzları Naxçıvanda iyun ayının 2-də görünür.
Etnoqraf Asəf Orucov da “Xalq təqvimi” kitabında Ordubaddan topladığı çöl materialları əsasında bunu təsdiq edir. Müəlliflərin qeyd etdiyi “Xodək-garvan”, “Şamtərəzi”, “Ülkər” ulduzları fərqli ulduzlardır və bunlardan “quyruq doğdu”ya yalnız Şamtərəzi aiddir. (Naxçıvan şəhərində buna “Mizan tərəzi”, Ordubadda isə “Arşın tərəzi” deyirlər). Uzun illər apardığımız müşahidəyə görə, hər kəs avqustun 5-i və sonrakı günlər sübh vaxtı şərq tərəfə baxarsa, bir-birindən, təxminən, 1,5-2 metr aralı, bir xətt üzrə düzülmüş 3 böyük ulduzu görər.
“Quyruq dondu” ifadəsinə gəldikdə isə yaylaqda əridilmiş quyruq yağının donması vaxtı təyin etmək üçün əsas ola bilməz. Müxtəlif illərdə iqlimdə dəyişikliyin olması, yaylaqların dəniz səviyyəsindən hündürlüyü dəqiq vaxt təyin etməyə imkan vermir. “Quyruq doğdu” isə konkret astronomik vaxtdır ki, hər il eyni vaxtda baş verir. Xalqımızın uzunmüddətli müşahidəsinə görə, “quyruq doğdu”dan sonra yaylaqda dəvələr üzü arana tərəf yatarlar. Bununla da, artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtı gəlib çatdığını bilərlər. “Quyruq doğan” dövr xalq təqvimində “qora bişirən ay”ın içərisindədir (15 iyul-15 avqust). Bundan sonra iqlimdə sərinləmə başlayır, axar sular soyuyur. Xalq inanclarına görə, “quyruq doğdu”dan sonra mineral sular müalicəvi əhəmiyyətini itirir.
Arıçılıq təsərrüfatında da ilin bu dövrünün özünəməxsus yeri vardır. Belə ki, peşəkar arıçıların dediyinə görə, “quyruq doğdu”ya qədər balı kəsməzlər, çünki bu vaxta qədər bal sulu olar, tez süzülsə, turşuyar. Sahələrdən küləşi bu dövrdən sonra yığarlar, çünki axşamlar artıq şeh düşür, küləş quru olmadığı üçün asan toplanır. Bu dövrdə təsərrüfat işlərində quzular qırxılıb sürüyə qatılardı. Bəzən yaşlılar deyərdilər ki, bu işə “həmərsin qızaranda” başlamaq lazımdır. Bu dövrdən etibarən həmərsin meyvələri yetişir. Küləş götürüldükdən sonra şum işinə başlanılırdı. Bir sözlə, “quyruq doğdu” ifadəsi qışa hazırlığın başlandığı dövr hesab edilir.

Zaleh NOVRUZOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2877981
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3117
4386
11670
64675
2877981

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter